Müştəri Əlaqələri üzrə Mütəxəssis

Honours Academy Son tarix: 10 mart 2026 57

Vəzifə öhdəlikləri

  • Fərdi müştərilərlə ilk əlaqəni qurmaq, təlim proqramları, qeydiyyat və ödəniş prosesləri barədə məlumatlandırmaq;
  • Qeydiyyat, ödəniş və müqavilə proseslərini icra etmək, tələbə məlumatlarını dəqiq şəkildə sənədləşdirmək və bazanın aktuallığını qorumaq;
  • Gələn zəng, mesaj və sorğulara (sosial media, “WhatsApp” və s.) operativ və nəzakətli şəkildə cavab vermək;
  • Ofisə gələn şəxsləri qarşılamaq, ehtiyaclarını müəyyənləşdirib müvafiq istiqamətləndirməni həyata keçirmək;
  • İmtahan otaqlarını və avadanlıqları hazır vəziyyətə gətirmək, iştirakçıların qeydiyyatını və şəxsiyyət yoxlamasını aparmaq;
  • İmtahan prosesinə nəzarət etmək: qaydaların icrası, texniki və inzibati problemlərə operativ müdaxilə, vaxtın idarə olunması;
  • Qayda pozuntuları və insidentlər barədə protokol və hesabatların hazırlanması;
  • İmtahan sonrası materialların və nəticələrin təhlükəsiz toplanması, sertifikat və digər inzibati işlərin icrası.

Tələblər

  • Biznes, Marketinq və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
  • Müştəri xidməti, satış və ya əməliyyatlar sahəsində minimum 1–2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan və İngilis dillərində səlis danışıq və yazı bacarığı;
  • Güclü ünsiyyət və insanlarla işləmək bacarığı, müştəriyönümlü yanaşma;
  • Yüksək təşkilatçılıq qabiliyyəti, məsuliyyət və eyni anda bir neçə tapşırığı idarə edə bilmə bacarığı;
  • Operativ qərarvermə bacarığı və diqqətlilik;
  • “Google Workspace” (“Docs”, “Sheets”, “Forms” və s.) ilə işləmək bacarığı;
  • Təlim, tədbir və sistem idarəçiliyi üzrə baza bilikləri;
  • Həftəsonları daxil olmaqla növbəli iş qrafikində işləməyə hazırlıq.

İş şəraiti

Təklif etdiyimiz imkanlar:

  • Peşəkar və dəstəkləyici komanda mühiti;
  • Müxtəlif və dinamik iş prosesi;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən olunacaq;
  • Performansa əsaslanan bonus sistemi;
  • Peşəkar inkişaf və yüksəliş imkanları.

İş qrafiki və istirahət günləri:

  • Həftədə 6 gün;
  • Növbəli iş rejimi;
  • İstirahət günü həftə içində verilir.

CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Müştəri Əlaqələri üzrə Mütəxəssis” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot