Mütəxəssis (Əlaqə Mərkəzi)
Vəzifə öhdəlikləri
Təsvir
- Müştərilərdən daxil olan müraciətləri telefon və digər kommunikasiya kanalları vasitəsilə qəbul etmək və operativ şəkildə cavablandırmaq;
- Sərnişinlərə uçuşlar, biletlər, xidmətlər və digər mövzular üzrə dəqiq və dolğun məlumat təqdim etmək;
- Müştəri müraciətlərini sistemdə düzgün qeydiyyata almaq və sənədləşdirmək;
- Müştəri problemlərini və şikayətlərini araşdırmaq və həlli üçün müvafiq struktur bölmələri ilə əlaqələndirmə aparmaq;
- Müştəri məmnuniyyətinin təmin olunması məqsədilə yüksək xidmət standartlarına riayət etmək;
- İş prosesində müəyyən edilmiş prosedur və qaydalara uyğun fəaliyyət göstərmək.
Tələblər
- Bakalavr təhsili;
- Minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dili – əla səviyyədə;
- İngilis dili – yaxşı səviyyədə;
- Rus dili – yaxşı səviyyədə;
- MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmə bacarığı;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Danışıqların aparılması bacarığı;
- Problem həll etmə bacarıqları;
- Öyrənmə qabiliyyəti və dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada işləmək bacarığı.
İş qrafiki: Növbəli
İş yeri: Dəmirçi Plaza
Vakansiya növü - Tam ştat
Oxşar vakansiyalar