Mühasib köməkçisi

Business Accounting Son tarix: 03 mart 2026 289

Vəzifə öhdəlikləri

  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Pul vəsaitlərənin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi.
  • Kassa əməliyyatlarının yerinə yetirilməsi.
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
  • E-taxes.gov.az , E-customs.gov.az portallarından istifadə etmə bacarığı;
  • Elektron qaimə, faktura, hesab fakturalarının işlənməsi;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Ödəniş tapşırıqları və Təhvil-Təslim aktlarının tərtib olunması;
  • Müəssisənin maliyyə fəaliyyətinin 1C proqramına işlənilməsi.

Tələblər

  • Staj: 1-3 il
  • Yaş: 22-dən yuxarı
  • Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə).
  • Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
  • 1C proqramını, Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək.
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

İş şəraiti

  • Ərazi: Bakı
  • İş qrafiki: Həftənin 5  günü (Həftə içi 09:00-dan 18:00dək) istirahət günü: Şənbə, bazar.
  • Əmək haqqı: 500-700 AZN
  • Sınaq müddəti: 3 ay (sınaq müddətindən sonra əmək haqqı artımı) 

Cv formasında şəkil olması mütləqdir. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Mühasib köməkçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot