Mühasib

Absheron Hospitality Group MMC Son tarix: 19 aprel 2026 66

Vəzifə öhdəlikləri

“Absheron Hospitality Group” MMC “Mühasib” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;

Əsas öhdəliklər:

  • Təsərrüfat əməliyyatlarını təsdiq edən ilkin sənədlərin (müqavilə, hesab-faktura, qaimə, təhvil-təslim aktı və s.) qəbul olunması, yoxlanılması və təsdiq edilməsi;
  • Təsərrüfat əməliyyatlarının müvafiq mühasibat hesablarında düzgün əks etdirilməsi;
  • Əsas vəsaitlərin uçota alınması, amortizasiya hesablanması və silinməsi proseslərinin icrası;
  • Debitor və kreditor borclarının düzgün tanınması və uçotda əks etdirilməsi;
  • Qısamüddətli və uzunmüddətli öhdəliklərin uçotunun aparılması;
  • Bank hesabları üzrə əməliyyatların gündəlik izlənilməsi və uçota alınması;
  • Mühasibat uçotu sahəsində normativ-hüquqi aktların izlənilməsi;
  • Audit və yoxlama zamanı tələb olunan sənədlərin operativ şəkildə təqdim edilməsi;
  • Müəssisənin aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
  • Mühasibat balansının, mənfəət və zərər haqqında hesabatın, pul vəsaitlərinin hərəkəti hesabatının və kapitalda dəyişikliklər hesabatının tərtib edilməsi;
  • Dövlət qurumlarına (Vergi orqanları, Statistika Komitəsi və digər aidiyyəti orqanlar) hesabatların vaxtında və düzgün təqdim edilməsi;
  • Vergi bəyannamələrinin hazırlanması və elektron qaydada təqdim olunması;
  • Müştərilər və təchizatçılarla hesablaşmaların uçotunun aparılması;
  • Bank əməliyyatlarının (köçürmələr, ödəniş tapşırıqları və s.) həyata keçirilməsi və uçotunun aparılması;
  • Mühasibat sənədlərinin qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində saxlanılmasının təmin edilməsi;

Vəzifə üzrə əsas tələblər:

  • Müvafiq sahədə 1-3 il iş təcrübəsinin olması;
  • Maliyyə hesabatlarının tərtib olunması istiqamətində təcrübənin olması;
  • Elektron vergi sistemləri ilə işləmək bacarığının olması;
  • Komanda ilə işləmək bacarığı;
  • Yüksək məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma;
  • İngilis dili biliklərinin olması üstünlükdür;
  • Mühasibat proqramlarında işləmək (məsələn, 1C, ERP sistemləri və s.);
  • MS Excel proqramında sərbəst işləmək bacarığı;
  • MS Office (Word, Outlook) proqramlarından istifadə bacarığının olması;

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot