B
Mühasib köməkçisi
Vəzifə öhdəlikləri
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Pul vəsaitlərənin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi.
- Kassa əməliyyatlarının yerinə yetirilməsi.
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- E-taxes.gov.az , E-customs.gov.az portallarından istifadə etmə bacarığı;
- Elektron qaimə, faktura, hesab fakturalarının işlənməsi;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Ödəniş tapşırıqları və Təhvil-Təslim aktlarının tərtib olunması;
- Müəssisənin maliyyə fəaliyyətinin 1C proqramına işlənilməsi.
Tələblər
- Staj: 1-3 il
- Yaş: 22-dən yuxarı
- Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə).
- Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
- 1C proqramını, Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək.
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş şəraiti
- Ərazi: Bakı
- İş qrafiki: Həftənin 5 günü (Həftə içi 09:00-dan 18:00dək) istirahət günü: Şənbə, bazar.
- Əmək haqqı: 500-700 AZN
- Sınaq müddəti: 3 ay (sınaq müddətindən sonra əmək haqqı artımı)
Cv formasında şəkil olması mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib köməkçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar