P
Korporativ Satış Nümayəndəsi
Printera Son tarix: 20 may 2025
180
Vəzifə öhdəlikləri:
  • Potensial müştərilərin müəyyən edilməsi, ilkin əlaqə yaradılması və görüşlərin təşkil edilməsi.
  • Müştərilərin tələblərini dəqiq analiz edərək uyğun çap və reklam məhsullarının təklif edilməsi.
  • Aylıq, rüblük və illik satış hədəflərinin uğurla yerinə yetirilməsi.
  • Satış prosesinin bütün mərhələlərində – danışıqlar və xidmət sonrası dəstək – səlis fəaliyyət göstərilməsi.
Tələblər:
  • Təcrübə: Satış sahəsində təcrübə üstünlükdür; lakin yeni karyera başlayan namizədlər də müraciət edə bilərlər.
  • Dil bilikləri: Azərbaycan dilində əla səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı.
  • Şəxsi keyfiyyətlər:
  • Komanda daxilində əməkdaşlıq etmə bacarığı
  • Məsuliyyət və nəticəyönümlülük
  • Dəqiqlik və təşəbbüskar yanaşma
İş şəraiti:
  • Əmək haqqı: 450 AZN + hər satışdan faiz
  • Rüblük və illik performansa əsaslanan bonuslar
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • İstirahət günləri: şənbə, bazar və dövlət bayramları

Müraciət qaydası

  • Maraqlanan namizədlərdən xahiş olunur ki, mövzu sətirində “Satış üzrə Mütəxəssis” yazmaqla CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərsinlər. İlkin seçim mərhələsini uğurla keçən namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaqdır.
Müraciət et