Potensial müştərilərin müəyyən edilməsi, ilkin əlaqə yaradılması və görüşlərin təşkil edilməsi.
Müştərilərin tələblərini dəqiq analiz edərək uyğun çap və reklam məhsullarının təklif edilməsi.
Aylıq, rüblük və illik satış hədəflərinin uğurla yerinə yetirilməsi.
Satış prosesinin bütün mərhələlərində – danışıqlar və xidmət sonrası dəstək – səlis fəaliyyət göstərilməsi.
Tələblər:
Təcrübə: Satış sahəsində təcrübə üstünlükdür; lakin yeni karyera başlayan namizədlər də müraciət edə bilərlər.
Dil bilikləri: Azərbaycan dilində əla səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı.
Şəxsi keyfiyyətlər:
Komanda daxilində əməkdaşlıq etmə bacarığı
Məsuliyyət və nəticəyönümlülük
Dəqiqlik və təşəbbüskar yanaşma
İş şəraiti:
Əmək haqqı: 450 AZN + hər satışdan faiz
Rüblük və illik performansa əsaslanan bonuslar
İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
İstirahət günləri: şənbə, bazar və dövlət bayramları
Müraciət qaydası
Maraqlanan namizədlərdən xahiş olunur ki, mövzu sətirində “Satış üzrə Mütəxəssis” yazmaqla CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərsinlər. İlkin seçim mərhələsini uğurla keçən namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaqdır.