Mühasib

Mayak Residence Son tarix: 22 iyun 2026 3

Vəzifə öhdəlikləri

  • Mühasibat uçotunun hesablar planına uyğun aparılması;
  • Mühasibat əməliyyatlarının 1C 8.3 proqram təminatına işlənməsi, qalıqlara nəzarət və digər müvafiq işlərin aparılması;
  • Yerli və xarici ödənişlərin həyata keçirilməsi;
  • Hökümət və bank portalarında əməliyyatların aparılması;
  • Debitor və kreditor qarşılıqlı hesablaşmaların düzgün aparılması və nəzarətin həyata keçirilməsi;
  • Şirkətin gündəlik və aylıq gəlir və xərc əməliyyatlarının düzgün uçota alınmasına nəzarət etmək;
  • Maliyyə göstəricilərində yaranan kənarlaşmaları vaxtında təhlil etmək və müvafiq şöbələrlə birgə aradan qaldırmaq;
  • Müqavilələrin hesab-fakturaların, aktların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının qaimə və vergi hesab fakturaların yazılmasına, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtibinə nəzarət;
  • Rəhbərlik tərəfindən verilən gündəlik, həftəlik və aylıq tapşırıqların icrasını təmin etmək;

Təhsil və təcrübə üzrə tələblər:

  • Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələrdə)
  • Sahə üzrə müvafiq sertifikatların olması (ACCA və PMS üstünlükdür)
  • Mühasibatlıq və vergi uçotu sahəsində ən azı 2 il iş təcrübəsi (Tikinti sahəsində təcrübəsi arzu olunandır)

Peşəkar bilik və bacarıqlar üzrə tələblər:

  • Sahə üzrə beynəlxalq standartları, yerli qanunvericilik bilikləri 
  • 1C 8.3 və digər ERP sistemlərində iş təcrübəsi 
  • Yüksək səviyyədə MS Office (xüsusilə Excel) bacarıqları
  • Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət 
  • İşləri prioritetləşdirmək və çoxsaylı vəzifələri eyni anda idarə etmək qabiliyyəti
  • Komanda daxilində əməkdaşlıq bacarığı
  • Səlis və punktual korporativ yazışma bacarığı

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot