İşə qəbul üzrə kiçik mütəxəssis
Vəzifə öhdəlikləri
- Təsdiqlənən vakansiyalara əsasən elanların hazırlanması və müvafiq portallarda yerləşdirilməsi;
- Daxil olan müraciətlərin dəyərləndirilməsi, vakansiyaya uyğun namizədlərlə ilkin etap müsahibələrin keçirilməsi;
- İşə qəbul menecerinin və vakansiya üzrə müvafiq rəhbərin müxtəlif namizəd cədvəlləri ilə təmin edilməsi;
- Açılan vakansiyalarla bağlı məlumat bazasının yazılması;
- Şirkət siyasətinə uyğun olaraq sosial media postlarının yaradılması;
- CV məlumat bazasını saxlamaq;
- Əmək qanunvericiliyinə nəzarət etmək və prosesin uyğunluğunu təmin etmək üçün tələb olunan dəyişiklikləri həyata keçirmək;
- Əmək yarmarkalarında və karyera tədbirlərində iştirak etmək.
Tələblər
- Təhsil səviyyəsi: Ali;
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
- Xarici dil: Rus dili və ya İngilis dili
- Kompüter bilikləri: MS Office (sərbəst),MS Excel biliklərinin yaxşı səviyyədə olması tələb olunandır;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini ilkin səviyyədə bilməli;
- İnsan resursları idarə edilməsi və işə qəbul modulu haqda nəzəri və praktiki biliklərə sahib olmalı;
- İnandırma bacarığı,Analitik düşüncə,güclü sosial kommunikasiya qabiliyyəti,təqdimat bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Nəticəyönümlülük.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar