Böyük mühasib
Umico Son tarix: 22 fevral 2025 112
Vəzifə öhdəlikləri:
  • Alış müqavilələrinin 1C ERP sisteminə daxil edilməsi və müqavilələrə nəzarət;
  • Müəssisənin Debitor və Kreditorları ilə Üzləşmə aktlarının tərtibi və imzalanmasına nəzarət;
  • Xidmət, ticarət və s. kimi sahələrdə fəaliyyəti olan müxtəlif biznes subyektlərinin spesifik uçot siyasətini anlamaq və tələbə uyğun formalaşdırmaq;
  • Maya dəyərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini və mühasibat hesablarında onların hərəkətini izləmək və ehtiyac yaranarsa düzəlişlər etmək;
  • 1C -də “Ay bağlanması” əməliyyatı üzrə müvafiq hesabların yoxlanılması və yaranan uyğunsuzluqların aradan qaldırılması
  • “Trendyol” layihəsi üzrə invoice`ların hazırlanması və digər uçotla bağlı əməliyyatların 1C ERP sisteminə daxil edilməsi.
Tələblər:
  • Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr arzu olunandır);
  • Muhasibat uçotu sahəsi üzrə minimum 3 il iş təcrübəsi; 
  • Vergi uçotu üzrə biliklər; 
  • Maliyyə-uçot sahəsi üzrə müvafiq sertifikatlar (yerli və beynəlxalq); 
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi; Xarici dil (ingilis, rus) biliyi arzu olunandır;
  • Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
  • Analitik təhlil və problem həlletmə bacarığı;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər arzu olunandır.
İş şəraiti:
  • İş rejimi: 5/2
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
  • İş yeri: Üzeyir Hacıbəyli 57 (Azinko binası)

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki,  cv-ni " Böyük mühasib " mövzu hissəsində qeyd etməklə elektron poçtuna göndərsinlər. 

Müraciət et