Alış müqavilələrinin 1C ERP sisteminə daxil edilməsi və müqavilələrə nəzarət;
Müəssisənin Debitor və Kreditorları ilə Üzləşmə aktlarının tərtibi və imzalanmasına nəzarət;
Xidmət, ticarət və s. kimi sahələrdə fəaliyyəti olan müxtəlif biznes subyektlərinin spesifik uçot siyasətini anlamaq və tələbə uyğun formalaşdırmaq;
Maya dəyərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini və mühasibat hesablarında onların hərəkətini izləmək və ehtiyac yaranarsa düzəlişlər etmək;
1C -də “Ay bağlanması” əməliyyatı üzrə müvafiq hesabların yoxlanılması və yaranan uyğunsuzluqların aradan qaldırılması
“Trendyol” layihəsi üzrə invoice`ların hazırlanması və digər uçotla bağlı əməliyyatların 1C ERP sisteminə daxil edilməsi.
Tələblər:
Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr arzu olunandır);
Muhasibat uçotu sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
Vergi uçotu üzrə biliklər;
Maliyyə-uçot sahəsi üzrə müvafiq sertifikatlar (yerli və beynəlxalq);
Yüksək səviyyədə Azərbaycan dili biliyi; Xarici dil (ingilis, rus) biliyi arzu olunandır;
Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
Analitik təhlil və problem həlletmə bacarığı;
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər arzu olunandır.
İş şəraiti:
İş rejimi: 5/2
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
İş yeri: Üzeyir Hacıbəyli 57 (Azinko binası)
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni " Böyük mühasib " mövzu hissəsində qeyd etməklə elektron poçtuna göndərsinlər.