Xərclərə nəzarət üzrə mütəxəssis
Rockvel Construction Son tarix: 12 mart 2025
297
Vəzifə öhdəlikləri:

İş qrafiki: 6 günlük

İş yeri: Ü.Hacıbəyov 62, Marine Plaza

Vəzifə öhdəlikləri:

  • Xərclərin müvafiq hesabatlarının hazırlanması və onların məlumat bazasında dəyərləndirilməsi 
  • Xərclər ilə bağlı istifadə olunan məlumat bazalarının tənzimlənməsi
  • Xərclər barədə təhlil və statistik məlumatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Xərclərin məlumat bazasında (ERP sistemində) təqib edilməsi və yekun hesabatların hazırlanması
  • Xərclər ilə bağlı müxtəlif departamentlər və subpodratlarla əlaqələrin saxlanılması və məlumat mübadiləsinin təmin edilməsi
  • Tədarük edilən məhsullar/xidmətlərin dəyərinin müəyyən edilməsi
  • Xərclərin optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
  • Xərclər ilə bağlı hesabatların tərtib edilməsi, düzgünlüyünün nəzarət edilməsi və müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi
  • Məhsulun dəyəri barədə məlumatın ERP sisteminə daxil edilməsinə və məhsulun düzgün qiymətləndirilməsinə nəzarət
  • Faktiki xərclərin büdcə ilə müqayisəsi
  • Satın alınan və ya tədarük edilən məhsulların/xidmətlərin dəyərinin müəyyən edilməsi
  • Faktiki xərclərin büdcə ilə müqayisəsi, aradakı fərqlərin təhlili, araşdırılması və izahı. Bu məlumat barədə hər ay və ya lazım gəldikdə hesabat verilməsi
  • Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlili
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar
Tələblər:
  • Ali təhsil- İqtisadiyyat, Biznes, Mühasibatlıq və ya Maliyyə üzrə Bakalavr dərəcəsi;
  • Müvafiq sahədə 2+ il təcrübə;
  • 1C və Excel kimi proqramlarda məlumat bazası ilə işləmək təcrübəsi;
  • Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı;

Uyğun namizədlərdən CV-lərini “Xərclərə nəzarət üzrə mütəxəssis” başlığı ilə elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun namizədlər ilə əlaqə saxlanılacaqdır.

İş şəraiti:


Müraciət et