Xərclər üzrə nəzarətçi

Aghdam City Hotel Son tarix: 20 iyun 2026 40

Vəzifə öhdəlikləri

“Ağdam Garden Hotel Company” MMC (Hilton Garden In Agdam) və “ Yeni Ağdam Hotel Company” MMC üçün Mailyyə şöbəsinə “Xərclər üzrə nəzarətçi” vakansiyası elan edilir!

Əmək funksiyası: 

  • Otelin xərclərinin izlənməsi, analiz edilməsi və hesabatlarının hazırlanması;
  • Xərclərin müvafiq büdcə çərçivəsində qalmasını təmin etmək;
  • Xərclər üzrə proqnozların hazırlanması və həyata keçirilməsi;
  • Xərclərin effektivliyinin qiymətləndirilməsi və optimallaşdırılması üçün təhlillərin aparılması;
  • Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə Maliyyə Nəzarətçisinə məlumat vermək;
  • Hər ayın son günü bütün hesabatların 1C/Operada uyğunluğundan əmin olmalıdır.
  • Hesabların sistemdə qeydiyyatından öncə onların faktura kodlarının düzgünlüyündən əmin olmalıdır. Əməliyyatların 1C köçürülməsindən öncə  Xərclər üzrə Nəzarətçi bütün fakturalara müvafiq sənədləri əlavə etməlidir.
  • Ödənişdə gecikmələr və potensial cərimələrin olmaması üçün bütün fakturaların vaxtında ödənilməsindən əmin olmalıdır.
  • Bank köçürmə yolu ilə ödəniləcək bütün hesabları qaydasında olmasına və onların vaxtında ödənilməsinə dair siyahı hazırlamalı və bu siyahıda aylıq bütün mobil telefon, reklmalar və jurnallara çəkilən xərclər də öz əksini tapmalıdır.
  • Bütün xərclər üzrə fakturaların müyyən edilmiş ardıcıllıqla müvafiq sənəddə (ödənilmiş və ödənilməmiş olmaqla) yerləşdirilməsindən əmin olmalıdır. 
  • İki həftədən bir olmaqla, üzünmüddətli qalıq borcları olan kreditorlar üçün siyahı tərtib etməli və müvafiq sənədlərin təmin edilməsin üçün Baş Mühasibə göndərməlidir.
  • Aylıq olaraq, qida və içkilərə ayrılan ümumi məbləğin onların  maya dəyəri ilə uyğunluğundan əmin olmalıdır.
  • Bütün icarə, müştəri haqları və digər bu kimi xərcləri müəyyənləşdirməlidir.
  • Yerli qayda-qanunlara, tələbnamələrə əsasən, bütün cari sənədlərin öz nəzarəti altında hazırlanmasından əmin olmalıdır.
  • Xərclər üzrə Mühasib Baş Mühasib/ Böyük mühasib tərəfindən tapşırılmış digər tapşırıqları də həyata keçirməlidir.
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçirmək

Təhsil: Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və maliyyə sahəsində)

İş təcrübəsi: Mühasibatlıq və maliyyə sahəsində ən azı 3 il, müvafiq vəzifədə azı 1 il iş təcrübəsi.

Tələblər

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Azərbaycan Respublikasının Əmək və Vergi məcəllələrini, DSMF-nin aidiyyəti qanunvericiliyini bilmək;
  • 1С 8.3, Opera, Micros və İscala proqramlarında işləmə bacarığı;
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı.

Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst;
  • İngilis dili biliyinin olması vacibdir.

İş şəraiti

  • İş yeri Ağdam şəhərində yerləşir.
  • Yaşama yeri ilə və qidalanma ilə təmin olunur.
  • İşə gəlib getməsi üçün -transport ilə təmin edilir.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot