Video Məzmun Yaradıcısı / Mobiloqraf
Vəzifə öhdəlikləri
Təsvir
- Dinamik və kreativ komandamıza vizual hekayə anlatmağı bacaran və trendləri sürətlə kontentə çevirən Video Məzmun Yaradıcısı / Mobiloqraf axtarırıq. Video Məzmun Yaradıcısı / Mobiloqraf olaraq kontentin ideyasından tutmuş yayımlanmasına qədər bütün prosesi aktiv şəkildə idarə edəcəksən.
Vəzifə öhdəlikləri:
- Foto və video çəkilişlərini tam müstəqil şəkildə həyata keçirmək;
- Kadr planlaması, kompozisiya, işıq qurulması və sahədə operativ çəkiliş proseslərini idarə etmək;
- Çəkilmiş materialların mobil video montaj alətləri (CapCut və s.) vasitəsilə peşəkar şəkildə hazırlanması;
- Reels, TikTok və YouTube Shorts formatlarına uyğun yüksək keyfiyyətli videoların hazırlanması;
- Sosial media trendlərini davamlı olaraq izləmək və onları brend strategiyasına uyğun kontent formasında təqdim etmək;
- Kontent ideyasnın formalaşdırılmasından onun istehsalına qədər bütün mərhələlərdə aktiv iştirak etmək;
- Komanda ilə koordinasiyalı işləmək və brendin tonuna uyğun kontent istehsalını təmin etmək.
Tələblər
- Müvafiq sahə üzrə təhsil;
- Mobil telefon vasitəsilə professional foto və video çəkiliş bacarığı (kadr, bucaq, işıq quruluşu);
- CapCut və/və ya Adobe Premiere Pro proqramlarında video montaj və əsas rəng korreksiyası bacarığı;
- Reels / TikTok / YouTube Shorts formatları üzrə texniki tələbləri (ölçü, müddət, safe zone) bilmək;
- Video export və platformalara uyğun formatlama bacarığı;
- Güclü vizual estetika duyumu (rəng, ritm, kompozisiya və storytelling strukturu);
- Kreativ düşüncə və vizual hekayə qurma bacarığı;
- Dinamik iş mühitində operativ işləmək bacarığı;
- Komanda üzvləri ilə açıq və effektiv ünsiyyət, əməkdaşlığa meyilli yanaşma;
- Verilmiş tapşırıqların vaxtında və nəticəyönümlü icrası;
- Rəy və fikirlərə açıq olmaq, dəyişikliklərə tez uyğunlaşmaq;
- Sahə üzrə yenilikləri və trendləri mütəmadi izləmək və praktikada tətbiq etmək;
- Komanda daxilində koordinasiyalı işləmək, zərurət yarandıqda digər komanda üzvlərinə istiqamət vermək;
- Təcili vəziyyətlərdə operativ qərar vermək və problem həllinə fokuslanmaq.
Qeyd: Bu vəzifə tam ştat (full-time) iş rejimini nəzərdə tutur.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar