C
Texniki ofis əməliyyatçısı
Vəzifə öhdəlikləri
- Qiymət razılaşma protokollarının elektron formada hazırlanmasını və qeydiyyata alınmasını təmin etmək;
- Naryadların arxivləşdirilməsini təmin etmək;
- Görülmüş işlərin (naryadların) çap olunmasını, imzalanmasını və göndərilməsini təmin etmək;
- Zərurət yarandıqda köhnə məlumat bazasından yeni bazaya məlumatların köçürülməsini həyata keçirmək;
- Bölmədə çalışan mühəndislərə dəstək göstərmək və kollektiv iş prosesində səmərəli əməkdaşlığı təmin etmək;
- Layihə komandası və digər struktur bölmələri ilə texniki və sənədləşmə məsələləri üzrə koordinasiyalı şəkildə işləmək;
- Bölmə üzrə sənədlərin 1C proqramına işləmək;
- Bilavasitə rəhbəri tərəfindən müəyyən edilmiş dövrlər üzrə, eləcə də tələb olunduğu hallarda hesabatların hazırlanmasını və təqdim olunmasını təmin etmək;
Tələblər
- Ali təhsil (Mühəndislik üzrə arzuolunandır)
- Tikinti şirkətində iş stajı arzuolunandır
- 1C proqramı ilə işləmə bacarığı
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Analitik düşünmə, hesablama və sənədlərlə dəqiq işləmə bacarığı
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü iş prinsipi
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı
İş şəraiti:
- İş yeri: Nəsimi r., C. Məmmədquluzadə küç.
- İş qrafiki: 6 günlük iş həftəsi;
- 600 - 800 manat (Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır.)
Oxşar vakansiyalar