Sosial Media Meneceri
Vəzifə öhdəlikləri
- Şirkətin sosial media hesabları (Facebook, Instagram, LinkedIn, TikTok və s.) üçün kreativ və cəlbedici kontentin hazırlanması;
- Sosial media paylaşımların edilməsi və mətnlərin (caption) hazırlanması;
- Kontentin hazırlanması və montajı üçün Canva, CapCut və ya digər proqramlardan istifadə;
- Sosial media trendlərini izləmək və trendlərə uyğun kontent ideyaları təqdim etmək;
- Brendin imicinə uyğun vizual və mətn kontentinin yaradılmasında marketinq komandası ilə əməkdaşlıq;
- Hazırlanan kontentin performansının izlənilməsi və nəticələrə əsasən yeni ideyaların təklif edilməsi.
- Sosial mediadan gələn sorğuların cavablandırılması
- Meta və Google Ads platformaları üzrə biliklər üstünlükdür
Tələblər
- Ali təhsil;
- SMM və ya rəqəmsal marketinq sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır;
- Canva, CapCut, Photoshop üzrə ilkin biliklər və ya analoji proqramlarda işləmək bacarığı üstünlükdür;
- Kreativ düşüncə, trendləri izləmək və yeniliklərə açıq olmaq;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dili biliyi üstünlükdür.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Korporativ mobil nömrə.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Sosial Media Meneceri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Oxşar vakansiyalar