Sosial Media Marketinq mütəxəssisi

City Park Mall Son tarix: 10 fevral 2026 64

Vəzifə öhdəlikləri

İş yeri hansı şəhərdədir: Bakı şəhəri, Babək prospekti Ağ şəhər giriş 146, City Park Mall

Qeyd - Qida sektorunda təcrübəsi olan namizədlər müraciət edə bilərlər.

İş haqqında məlumat:

  • Şirkətin sosial media strategiyasının hazırlanması və icrası
  • Sosial media platformalarında (Facebook, Instagram, LinkedIn, TikTok və s.) gündəlik paylaşımların təşkili və planlaşdırılması
  • Kreativ kontent (mətn, qrafika, video) hazırlanması üçün müvafiq bölmələrlə əməkdaşlıq
  • Brend imicinin sosial mediada düzgün idarə olunması və qorunması
  • Rəqiblərin fəaliyyətinin analiz edilməsi və uyğun təkliflərin verilməsi
  • SMM trendlərinin, platforma yeniliklərinin və alqoritmlərin araşdırılması

Məsuliyyətlər:

  • Sosial media platformalarında şirkətin imicinin qorunması və düzgün təmsil olunması
  • Reklam büdcəsinin səmərəli idarə edilməsi və optimallaşdırılması
  • Brendin tanıtımı məqsədilə kreativ yanaşmaların tətbiqi
  • Məlumatların məxfiliyinin qorunması və daxili qaydalara əməl edilməsi
  • Vaxtında hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
  • Sosial media şikayətlərinin və müraciətlərinin operativ şəkildə yönləndirilməsi

Tələblər

  • Minimum 2 il sosial media marketinq sahəsində iş təcrübəsi
  • Sosial media platformalarının (Facebook, Instagram, TikTok, LinkedIn və s.) funksionallığı və alqoritmləri haqqında məlumatlılıq
  • Kreativ yanaşma və müasir trendləri izləmək bacarığı
  • Vaxt idarəetmə və tapşırıqların vaxtında yerinə yetirilməsi bacarığı
  • Grafik proqramlarla (Canva, Photoshop və s.) işləmə bacarığı üstünlük sayılır

İş şəraiti

  • İş növü (birini seçin): Tam ştat, həftədə 5 iş günü, 2 gün istirahət.
  • Nahar şirkət tərəfinən təmin olunur.
  • Maaş aralığı: 900-1000 Azn (Bilik və bacarıqdan aslı olaraq dəyişə bilər)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul