Müştərilərdən daxil olan müraciətləri cavablandırmaq (çat, sosial şəbəkələr və s.);
Satış yönümlü yazışmaları aparmaq, zəruri hallarda zəng vasitəsilə məlumatlandırmaq, sualları cavablandırmaq;
Daxil olan müraciət və iradları müvafiq şöbə və şəxslərə yönləndirmək;
İradların həllində aktiv iştirak etmək;
Müştəri məmnuniyyətini təmin etmək;
Sosial mediada şirkət haqqında rəyləri monitorinq etmək;
Vəzifə təlimatına uyğun digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarını əla səviyyədə bilmək;
İşgüzar yazışmalar və şifahi danışıqlar aparmağın təməl qaydalarını bilmək;
Punktual, operativ və pozitiv olmaq;
Komandada işləmək bacarığı;
Rus dilini bilmək üstünlükdür;
Müvafiq sahə üzrə təcrübəyə sahib olmaq üstünlükdür.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Sosial media cavablama operatoru” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.