SMM mütəxəssisi

Melissa Group Son tarix: 24 mart 2026 42

Vəzifə öhdəlikləri

  • Şirkətin sosial media platformalarının (Instagram, Facebook, TikTok və digər platformalar) strateji idarə olunması;
  • Aylıq və həftəlik kontent planının hazırlanması və icrasına nəzarət;
  • Tikinti sahəsi üzrə gündəlik story axınının formalaşdırılması və paylaşılması
  • Sahədə operativ kontent istehsalının həyata keçirilməsi
  • Satış ofisi və müştəri ziyarət proseslərinin real vaxtda işıqlandırılması
  • Açıq hava və sahə şəraitində aktiv işləmə imkanının olması
  • Post, story və reel üçün satış yönümlü və brend tonallığına uyğun mətnlərin hazırlanması;
  • Video çəkilişi və montaj prosesinin icrası;
  • Dizayner və videoqrafla koordinasiyalı iş;
  • Sosial media trendlərinin və alqoritmlərinin davamlı monitorinqi;
  • Kampaniya, satış aksiyaları və layihə təqdimatları üçün kreativ kontent ideyalarının hazırlanması;
  • Sosial media göstəricilərinin (reach, engagement, conversion, follower artımı və s.) analizi və aylıq hesabatların təqdim edilməsi;
  • Brendin kommunikasiya strategiyasına uyğun vahid vizual və məzmun xəttinin qorunması.

Tələblər

  • Ali təhsil;
  • SMM sahəsində 1-2 il iş təcrübəsi;
  • Tikinti, daşınmaz əmlak və ya uyğun sahə üzrə təcrübə arzuolunandır;
  • Video edit proqramları (CapCut, Premiere Pro və s.) ilə işləmə bacarığı;
  • Sosial media alqoritmləri və performans göstəriciləri üzrə bilik;
  • Kreativ və analitik düşüncə qabiliyyəti;
  • Azərbaycan dilində yüksək yazı və ünsiyyət bacarığı (rus və ingilis dili üstünlükdür);
  • Operativlik və komanda ilə effektiv əməkdaşlıq bacarığı;
  • Tikinti sahəsində çəkilişlər üçün mobil və çevik olmaq.

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş qrafiki (Şənbə və Bazar günləri istirahət)
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir
  • İş yeri: Bakı şəhəri, şirkətə məxsus tikintilərin biri
  • Müraciət qaydası:
    Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “SMM mütəxəssisi” qeyd edərək, 
    Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
    Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot