Yeni müştərilərin cəlb olunması və satış həcminin artırılması, müştəri bazasının genişləndirilməsi.
Təqdim olunan müştəri bazası əsasında abunəçilərə zənglərin olunması, e-maillərin göndərilməsi və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması
Xidmətlərin müştərilər tərəfindən tanınmasını təmin etmək, yeni potensial müştəriləri araşdırmaq və əməkdaşlığa cəlb etmək.
Potensial müştəri və müştərilər ilə daim kommunikasiyanı qoruyub saxlamaq
Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq və bu təklifləri rəhbərliyə təqdim etmək.
SMM mütəxəssisi kreativ olmaqla yanaşı, həm də analitik düşüncə qabiliyyətinə sahib olmalı, həm keyfiyyətli məzmun yaratmalı, həm də sosial media strategiyalarını biznes hədəflərinə uyğunlaşdırmalıdır
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
İş saatları: Həftə içi 6 gün ( 10:00-19:00 (13:00-14:00 nahar fasiləsi) Şənbə və ya bazar istirahət günüdür)
Əmək haqqı: 700 azn
Namizədə tələblər:
Şəxsi keyfiyyətləri:
Dəqiq və dürüst olmalı;
Pozitiv və ofis etikasına sahib olmalı;
Sosial media sahəsində iş təcrübəsinin olması vacibdir
Poster və Video haqqında məlumatı olmalıdı
Mükəmməl ünsiyyət və insanları inandırma qabiliyyəti
Dil bilikləri: Azərbaycan dili-mükəmməl, rus arzuolunandır