SMM / AI mütəxəssisi

Hikvision Co Son tarix: 09 noyabr 2026 70

Vəzifə öhdəlikləri

Müasir AI alətləri, xüsusilə ChatGPT və Claude ilə işləməyi bacaran, kontent yarada bilən və sosial şəbəkələri müstəqil şəkildə idarə edə bilən SMM mütəxəssisi axtarırıq.

Vəzifələr

  • Instagram, TikTok, LinkedIn və digər sosial şəbəkələrin idarə edilməsi.
  • Kontent-planın hazırlanması və həyata keçirilməsi.
  • Dizaynlı postların, Stories, Reels və mini-animasiyaların hazırlanması.
  • Şirkətin məhsulları haqqında kontentin hazırlanması və paylaşılması.
  • Videomontajçıdan hazır video materialların qəbul edilməsi və kontentin sosial şəbəkələrdə vaxtında paylaşılması.
  • Videomontajçı ilə birlikdə qısa videolar üçün ideya və ssenarilərin hazırlanması.
  • Kontent, ideya və vizual materialların hazırlanması üçün ChatGPT, Claude və digər AI alətlərindən istifadə.
  • Sosial şəbəkələrdə trendlərin izlənilməsi və şirkətin səhifəsinə uyğunlaşdırılması.
  • Meta Ads reklamlarının qurulması və idarə edilməsi.

Tələblər

  • SMM sahəsində ən azı 3 il iş təcrübəsi.
  • ChatGPT və Claude ilə sərbəst işləmək bacarığı.
  • Dizaynlı kontent, Stories və Reels hazırlamaq bacarığı.
  • Qısa videolar çəkmək bacarığı.
  • Meta Ads biliyi və reklam kampaniyalarını müstəqil şəkildə qurmaq bacarığı.
  • Yaradıcı yanaşma, məsuliyyətlilik və son tarixlərə riayət etmək.
  • Portfolio təqdim edilməsi mütləqdir.
  • SEO bacarıqları və Google Ads biliyi üstünlükdür.

İş şəraiti

  • İş qrafiki - Bazar ertəsi–Cümə: 10:00–19:00.
  • Şənbə — qısa iş günü: ayda 2 şənbə iş günü, 2 şənbə istirahət günüdür.
  • Əmək haqqı: 1000 AZN
  • İş yeri - Bakı, 28 May metrosunun yaxınlığı, Şərq Bazarın yaxınlığı

Əgər qeyd olunan tələblərə uyğunsunuzsa, zəhmət olmasa CV-nizi və PortFolio-nuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində “SMM” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot