I
Sərgi salonu təqdimatçısı
IDEA MMC Son tarix: 21 fevral 2025 269
Vəzifə öhdəlikləri:
• Şirkəti və məhsullarını sərgi salonunda yüksək səviyyədə təmsil etmək;
• Şirkət və onun 500-dən çox məhsul kateqoriyası haqqında ziyarətçilərə ətraflı və maraqlı təqdimatlar keçmək;
• Potensial müştərilərin maraqlarını müəyyən etmək və onları uyğun məhsul kateqoriyaları ilə tanış etmək;
• Ziyarətçilərdə müxtəlif məhsul kateqoriyalarına maraq yaratmaq və onları potensial müştəri olmağa təşviq etmək;
• Ziyarətçilərdən gələn rəy və sorğuları rəhbərliyə çatdırmaq;
• Şirkətə daxil olan zənglərə və emaillərə nəzakətli və operativ şəkildə cavab vermək, vacib məlumatları rəhbərliyə ötürmək;
• Rəhbərin görüşlərini tənzimləmək və gündəlik iş planına dəstək olmaq.
Tələblər:
• Dil bilikləri: Rus dilini səlis bilmək (Azərbaycan dili mütləqdir; ingilis dili üstünlükdür);
• Xarici görünüş: Baxımlı və təqdimata uyğun görünüş;
• Təcrübə: Xidmət sektorunda və ya müştərilərlə iş sahəsində təcrübə mütləqdir;
• Şəxsi keyfiyyətlər: o Ünsiyyətcil və şirindil olmaq; o Stressə davamlılıq və nəzakətli yanaşma; o Nizamlı və dəqiq işləmək bacarığı.
İş şəraiti:
İş rejimi:
• Həftənin 6 günü iş (1 gün istirahət)
• İş saatları: Bazar ertəsi - Cümə: 09:00 - 18:00 Şənbə: 10:00 - 17:00
 Əmək şəraiti: • Əmək haqqı: 600-800 AZN;
• Nahar şirkət tərəfindən təqdim edilir;
• Rəsmi əmək müqaviləsi təmin edilir.
 İş yeri: Bakı şəhəri, Əhməd Cəmil və Haqverdiyev küçələrinin kəsişməsi, Elmlər Akademiyası metro stansiyasının yaxınlığı
 Müraciət üçün: CV-lərinizi və 1 ədəd fotoşəkilinizi hr@idea.az e-mail ünvanına göndərin. E-mailin mövzu hissəsində “Sərgi Salonu Təqdimatçısı” qeyd etməyiniz xahiş olunur. Diqqət: Şəkilsiz CV-lərə baxılmayacaq.
Müraciət et