Sənədləşmələr üzrə köməkçi
Terra Pharm Son tarix: 22 fevral 2025 475
Vəzifə öhdəlikləri:
  • Tibbi vasitələrin qeydiyyatı ilə bağlı sənədləşmələrin aparılması (Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə qeydiyyat sənədlərinin aparılması və təqdim edilməsi) ;
  • İdxal məktublarının alınması ilə bağlı sənədləşmələr (Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sənədlərin təqdim olunması, məktub hazır olduqda ödəniş edilib sənədlərin təhvil alınması ;
  • Tender sənədlərinin hazırlanması zamanı bəzi dövlət qurumlarına (məsələn Ədliyyə Nazirliyi, Əmək Müfəttişliyi , banklar və s.) müraciətləri fiziki şəkildə çatdırmaq, sənədlər hazır olduqda onları təhvil almaq ;
  • Tenderlərin icrası zamanı malların təhvil verilməsi və təhvil-təslim aktlarının imzaladılması ;
  • Satınalma şöbəsinin işi ilə bağlı qurumlara və həmin qurumlardan geriyə sənədlərin aparılmasını təmin etmək, bununla bağlı taksi, kuryer sifarişlərinin verilməsi və s. 
Tələblər:
  • Biznesin idarə olunması, Təhcizat zəncirinin idarə olunması və ya uyğun sahədə bakalavr təhsili (yeni universitet məzunları müraciət edə bilər) ;
  • Satınalma və sənədləşmə sahəsində  iş təcrübəsinin olması arzuolunandır ;
  • Microsoft Office (Word, Excel, PowerPoint) və sənəd idarəetmə sistemlərində işləmə təcrübəsi ;
  • Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq, İngilis dili arzuolunandır.
İş şəraiti:
  • 5 günlük iş həftəsi ( 09:00-dan 18:00-dək) ;
  • Əmək haqq: 500-700 Azn ;
  • Rahat iş mühiti və peşəkar inkişaf imkanları.

Maraqlanan şəxslər öz CV formalarını email ünvanına məktubun mövzu hissəsində “Sənədləşmələr üzrə köməkçi” yazaraq göndərə bilərlər.

Müraciət et