A
Satış üzrə mütəxəssis
Vəzifə öhdəlikləri
Təsvir
- Şöbə tərəfindən aparılan işlərlə tanış olaraq iş yükündə dəstək olmaq və ona həvalə olunan işi məsuliyyətli qaydada aparmaq;
- Rəhbərliyin və şöbə müdirinin göstərişinə əsasən tapşırıqları operativ, düzgün, qərəzsiz və lazımi qaydada icra etmək;
- İşin operativ və düzgün qaydada aparılması məqsədi ilə, lazımi strukturlarla və şirkət daxili şöbə/departamentlərə zamanında məlumatların ötürülməsini təmin etmək;
- Gördüyü işlər barədə gündəlik hesabatlar hazırlamaq;
- Satış və marketinqlə bağlı bütün məlumatların 1C sisteminə daxil edərək əks olunmasını təmin etmək;
- Şirkət və onun məhsulları barədə müştərilərə düzgün məlumatın təqdim edilməsini təmin etmək;
- Məlumat mübadiləsini zamanında apararaq gecikmələrə yol verməmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Mükəmməl səviyyədə azərbaycan, rus və ingilis dillərində ünsiyyət və yazı bacarığı;
- Microsoft Office (Word, Excel, Outlook, Power Point) və 1C proqramlarını istifadə bacarığı;
- Müştəri yönümlü düşüncə və satış bacarığı;
- Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik, təşəbbüskarlıq və çeviklik;
- Yalnız və komanda ilə effektiv işləmə bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
İmtiyazlar
- tibbi sığorta (ailə üzvləri də daxil olmaqla)
- Korporativ nömrə
- Təlim dəstəyi
Oxşar vakansiyalar