Satış Meneceri (Suvenir & Hədiyyə – Əl sənətkarlığı məhsullar)

İpək Yolu Boutique Son tarix: 29 may 2026 55

Vəzifə öhdəlikləri

“İpək Yolu Boutique” – Azərbaycanın milli irsini və sənətkar əl işlərini təqdim edən premium konsept mağaza üçün satıcı vakansiyası elan edir.

Satış məntəqəsi Bakı şəhəri, Xəzər rayonunda, şəhər mərkəzindən 25 km məsafədə (xüsusi rejimli zonada) yerləşir. 

  • Müştərilərə məhsul seçimi zamanı peşəkar dəstək göstərmək 
  • Məhsulların etnoqrafiyası, mənşəyi və hazırlanma texnologiyası barədə verilmiş materiallar əsasında bilik əldə edərək, bunu satış təqdimatında tətbiq etmək 
  • Məhsullar haqqında müştərilərə dolğun və ətraflı məlumat vermək 
  • Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək və qorumaq 
  • Mağazada məhsulların düzgün, səliqəli və estetik düzülüşünə nəzarət etmək 
  • Mağazanın gündəlik satış fəaliyyətində aktiv iştirak etmək 
  • Günlük və aylıq satış hesabatlarını təqdim etmək

Tələblər

  • Azərbaycan, rus və ingilis dillərində ünsiyyət bacarığı mütləqdir
  • Güclü təqdimat və satış qabiliyyəti 
  • Minimum 3 il butik və ya premium satış təcrübəsi 
  • Ünsiyyət bacarığı və pozitiv yanaşma 
  • Məsuliyyətli, operativ və intizamlı olmaq 
  • Xoş və səliqəli zahiri görünüş 
  • Yaş həddi: 45 yaşa qədər 

İş şəraiti

  • İş rejimi: 3 növbəli (7/24 fəaliyyət) 
  • İş qrafiki: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun növbəli cədvəl əsasında 
  • Əmək haqqı rəqabətədavamlıdır və namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müəyyən edilir.

Əmək haqqı və motivasiya:

  • Rəqabətli əmək haqqı 
  • Satış nəticələrinə əsaslanan bonus və mükafatlandırma sistemi 

Üstünlüklər:

  • Premium butik konseptində işləmək imkanı 
  • Azərbaycanın mədəni irsini təmsil edən unikal layihədə iştirak 
  • Peşəkar inkişaf və stabil iş mühiti 

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot