S
Satınalma üzrə mütəxəssis
Sea Breeze Construction Son tarix: 21 fevral 2025 173
Vəzifə öhdəlikləri:

Strateji İdarəetmə və Nəzarət:

  • Satınalma strategiyasının hazırlanması, idarə edilməsi və həyata keçirilməsi;
  • Şirkət daxili satınalma prosedur və əmrlərinə riayət olunmasına nəzarət;
  • Etibarlı podratçı və təchizatçı bazasının inkişaf etdirilməsinə rəhbərlik və nəzarət;
  • Daxili və xarici bazarların araşdırılması mexanizminin təşkili və idarə olunması.

Satınalma Prosesinin İdarə Edilməsi:

  • Mal-material və ya xidmətlərin tələblərə uyğun təşkilinin sona çatdırılması;
  • Podratçı və tədarükçülərin performansının analizi;
  • Satınalma prosesini vaxtında və prosedurlara uyğun təşkil və icra etmək;
  • Təchizat sifarişlərinin təşkili və idarə olunması, həmçinin müvafiq hesabatların hazırlanması.

Tikinti və Təchizat Təcrübəsi:

  • Tikinti-istismar üzrə satınalma və təchizat prosesində praktiki təcrübənin tətbiqi;
  • Təchizatla bağlı ödənişlərin, qərarların təsdiqlənməsi və hesabatlarının hazırlanması.

Təchizatçı və Tender İdarəçiliyi:

  • Təchizatçı bazasının hazırlanması, təhlili və tenderlərin təşkil edilməsi;
  • Məhsul və xidmətlərin seçim prosesinin yekunlaşdırılması.

Hüquqi və Müqavilə İdarəçiliyi:

  • Müqavilələrin hazırlanması, həyata keçirilməsi və nəzarətdə saxlanılması;
  • Müqavilə şərtlərinin hüquq şöbəsi ilə razılaşdırılması.
Tələblər:

Xüsusi Tələblər:
Təhsil və Dil Bilikləri:

  • Ali təhsil (müvafiq sahə üstünlükdür);
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət; ingilis dili üstünlükdür.

İş Təcrübəsi və Sertifikatlar:

  • Ən az 3 il satınalma sahəsində iş təcrübəsi;
  • Müvafiq sahədə sertifikatların mövcudluğu üstünlükdür.

Texniki Bacarıqlar:

  • MS Office (Word, Excel, PowerPoint, 1C, AutoCad) proqramlarında işləmə bacarığı.

Şəxsi Bacarıqlar:

  • Məsuliyyətli, dəqiq və çalışqan olmaq;
  • Komanda ilə işləmə və ünsiyyət bacarığı;
  • Problemləri həll etmə və təhlil etmə qabiliyyəti.
İş şəraiti:

Əmək haqqı: 

  • İlkin 1500 AZN (net);
  • Əmək haqqı görüş əsasında müzakirə oluna bilər.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin.

Müraciət et