Satınalma üzrə kiçik mütəxəssis
Zəhmət - Ruzi MMC Son tarix: 15 may 2025
201
Vəzifə öhdəlikləri:
  • Cəmiyyətin Satınalma proseduruna riayət etmək;
  • Yerli (lokal) tərəfdaşlarla yazılı və şifahi ünsiyyətin aparılması;
  • Ölkədaxili satınalınan malların sifarişlərinin yerləşdirilməsi və anbara çatdırılması;
  • Təchizatçılarla layihə şərtlərinin, müddətinin və müqavilə şərtlərinin aydınlaşdırılmasını təmin etməli;
  • Təchizatçılarla mövcud müqavilələrin nəzərdən keçirilməli;
  • Təchizatçılarla müqavilələrin tərtibi, ödənişlərin icrasının izlənilməsi;
  • Daxili bazar qiymətlərinin müqayisəli təhlilinin aparılması;
  • Sərfəli şərtləri təmin etmək üçün təchizatçılar və satıcılarla danışıqlar aparmalı, qiymət və spesifikasiyalar üzrə təklifləri müqayisə etməli;
  • Müqavilə imzalanması üçün müvafiq sənədlərin hazırlanmasına nəzarət etməli və müvafiq şöbəyə təqdim etməli;
  • Etibarlı satıcı və təchizatçılar bazasının yaradılmasında iştirak etməli;
  • Malların və xidmətlərin satınalınması üçün müqavilələrin və əlavə müqavilələrin hazırlanması və icrasında iştirak etməli;
  • Sorğuya əsasən tələb olunan mal-materialların analiz olunması, daxili bazarlardan məhsulların tapılması;
  • Məhsul ödənişlərinin və  məhsulun anbara daxil olmasının nəzarətini izləmək;
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
  • Müvafiq sahə üzrə ali təhsil (İqtisadiyyat, maliyyə, menecment və oxşar sahələr)
  • Magistratura təhsili arzuolunandır;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
  • Yaxşı təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
  • Verilən məlumatları təhlil etmək və düzgün nəticələr çıxarmaq bacarığı;
  • Fikirlərini aydın şəkildə yazılı və şifahi ifadə etmək bacarığı, həmkarlarla və müştərilərlə yaxşı münasibətlər qurma bacarığı;
  • Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) ilə işləmə bacarığı;
  • Azərbaycan və İngilis dillərində yüksək səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (Rus dili biliyi arzuolunandır);
  • CRM proqram təminatında işləmə bacarığı;
  • Komanda mühitində işləmək bacarığı və istəyi;
İş şəraiti:
  • İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və bazar günləri (Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü: Tam ştat
  • İş yeri: “Zəhmət Ruzi” MMC
  • Ünvan: Xırdalan şəhəri, Həsən Əliyev 38
  • Əməkhaqqı: 800 azn net

Təminatlar:

  • Servis xidməti;
  • Nahar təminatı;
  • Korporativ nömrə və danışıq limiti

Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət et