Xəzinədar (Premium-Lüks)
Vəzifə öhdəlikləri
Sinteks Şirkətlər Qrupu – Premium-Lüks seqment üzrə “Xəzinədar” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və müraciət zamanı tələb olunan müvafiq bilik və bacarıqların qeyd edilməsini xahiş edirik.
Vəzifənin rolu: Pul vəsaitlərinin və məhsulların hərəkətinə nəzarət etmək.
- Kassa aparatlarının və diqər avadanlıqların düzgün işləməsinə nəzarət etmək, yaranan problemlər barədə rəhbərliyə məlumat vermək
- Mağazada məhsulları qəbul etmək və yoxlamalarda iştirak etmək
- Mağazanın təmiz və səliqəli saxlanılmasına nəzarət etmək
- Mağazada mövcud olan məhsulların və inventarların saxlanmasına və hərəkətinə nəzarət etmək
- Kassa əməliyyatlarını həyata keçirmək
- Gün ərzində yekun hesabat aparmaq, inkassasiya prosesini həyata keçirmək və POS-terminal qəbzlərini İtkinlərin qarşısının alınması şöbəsinə təhvil vermək
Tələblər
Professional biliklər:
- Kassa aparatı və POS-terminalın istismar qaydaları
- Müştəri xidmətinin əsasları
- MS Office və 1C Proqramları
Təhsil:
- Orta təhsil
- Ali təhsil arzuolunandır
İş təcrübəsi:
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
Professional bacarıq və kompetensiyalar:
- Məsuliyyət
- Detallara diqqət
- Nizam-İntizam
- Stressə davamlılıq
Oxşar vakansiyalar