Videoqraf
İş şəraiti
- Marketinq departamenti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil;
- Videoqrafiya, media və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
- Foto və video çəkiliş, montaj və post-produksiya üzrə praktiki bacarıqlar;
- Adobe Premiere Pro, CapCut, Photoshop, Lightroom, Canva və ya analoji proqramlarla işləmək bacarığı;
- Sosial media platformaları, video formatları və kontent trendləri barədə məlumatlılıq;
- Ezamiyyət və filial səfərlərində iştirak etməyə hazır olmaq;
- Portfolionun təqdim edilməsi üstünlük hesab olunur;
- Kreativ və vizual düşüncə;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Təşəbbüskarlıq və proaktiv yanaşma;
- Operativlik və nəticəyönümlülük;
- Detallara diqqət və məsuliyyətlilik;
- Komanda ilə effektiv əməkdaşlıq bacarığı;
- Vaxtın idarə olunması və paralel tapşırıqları prioritetləşdirmək bacarığı;
- Korporativ məlumatlarla işləyərkən etik davranış və məxfiliyin qorunması.
İşin təsviri:
- Bankın filiallarında, tədbirlərində və digər lokasiyalarda foto və video çəkilişlər həyata keçirmək;
- Daxili tədbirlərin, görüşlərin, təlimlərin, korporativ layihələrin və digər fəaliyyətlərin çəkilişini təşkil etmək;
- Çəkilmiş materialların montajını və post-produksiya işlərini həyata keçirmək, Reels, qısa video və digər rəqəmsal kontent formatları hazırlamaq;
- AFB Life və Bankın digər kommunikasiya kanalları üçün foto və video materiallar hazırlamaq;
- İnsan Resursları və Marketinq departamentləri ilə əməkdaşlıq edərək employer branding, korporativ mədəniyyət və daxili kommunikasiya layihələrinə dəstək vermək;
- Sosial media və daxili kommunikasiya üçün yeni yaradıcı ideya və formatlar təklif etmək;
- Foto və video materiallardan ibarət korporativ media arxivinin formalaşdırılması və idarə olunmasını təmin etmək;
- Çəkiliş avadanlıqlarının istifadəsi və saxlanılmasına nəzarət etmək.
Oxşar vakansiyalar