Təlim planı daxilində restoran filialları üçün təlim ehtiyacları analizinin hazırlanması;
Şirkət və restoran daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
Əməkdaşların səmərəli giriş təlimatı proqramlarının təşkil edilməsi;
Şirkətdaxili təlimlərin təşkil olunması;
Menecerlər ilə müzakirələr və sorğu anketləri vasitəsi ilə təlim proqresinin monitorinq və təhlili;
Təlim qiymətləndirmə sisteminin yaradılması və tətbiqi vasitəsilə əməkdaşların işinə treyninqin verdiyi töfhənin qiymətləndirilməsi;
Ehtiyac yarandıqda müxtəlif məsələlər ilə bağlı təlim layihələrin təşkili;
Təlimlərdən nəticələrin əldə edilməsi üçün qərarların qəbulu zamanı treyninq üsulunun və texnikasının seçilməsi, eyni zamanda qiymətləndirmə meyarlarının tətbiq edilməsi;
İşçilərin treyninqlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədi ilə güclü kommunikasiya strategiyasının qurulması.
Tələblər:
Təcrübə: Restoran və hotel sferasının Təlim və inkişaf sahəsində 3 - 5 il iş təcrübəsi tələb olunur;
Rus və ingilis dilini bilmək mütləqdir;
Daxili treyninq mərkəzi konsepsiyasının anlayışı;
Təlim layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
Kompüter bilikləri: PowerPoint, Word, Outlook və digər ofis proqramlarından istifadə etmək
İş şəraiti:
İş qrafiki: 5 günlük
Təminatlar:
Nahar şirkət tərəfindən verilir.
Əmək haqqı: 2000 AZN (nett)
Uyğun namizədlər öz cvlərini “Təlim və İnkişaf üzrə Menecer” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.