Tədris Mərkəzinin Meneceri

İnformatika və tədris mərkəzi Son tarix: 25 сентября 2026 92

Vəzifə öhdəlikləri

Sumqayıtın təhsil sahəsində 5 ildən artıqdır formalaşdırdığı nüfuzu, yüksək nəticələri və davamlı inkişafı ilə seçilən tədris mərkəzi, hər il yüzlərlə şagirdin uğuruna imza atan aparıcı müəssisələrdən biridir. Mərkəz müasir tədris metodikası və peşəkar pedaqoji heyəti ilə gənclərin akademik potensialını reallaşdırmaq və onları uğurlu gələcəyə hazırlamaq istiqamətində fəaliyyət göstərir.

Əsas vəzifə öhdəlikləri:

  • Tədris mərkəzinin gündəlik inzibati və operativ fəaliyyətinin idarə edilməsi; 
  • Müəllimlərin iş və dərs qrafiklərinin hazırlanması, davamiyyət və fəaliyyətinə nəzarət; 
  • İşçilərin iş qrafikinə nəzarət;
  • Tədris qruplarının və dərs cədvəllərinin düzgün şəkildə təşkil olunması;
  • İnzibati və ofis əməkdaşlarının iş bölgüsünün aparılması və fəaliyyətinin koordinasiyası; 
  • Kursların və dərslərin vaxtında başlanması üçün müəllim və tələbələr arasında koordinasiyanın təmin olunması;
  • Satış və müqavilə proseslərinin, o cümlədən ödənişlərin vaxtında və tam həyata keçirilməsinə nəzarət;
  • Tədris mərkəzinin keyfiyyət standartlarının və tələbə məmnuniyyətinin təmin edilməsi, müraciət və şikayətlərin operativ həlli; 
  • Gündəlik və həftəlik cash-flow vəziyyətinə nəzarət etmək; 
  • Gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Ali təhsil; 
  • İdarəetmədə minumum 1 il iş təcrübəsi.
  • 22-35 yaş aralığı;
  • Biznes maliyyəsi, büdcələmə, idarəetmə hesabatlığı üzrə bilik və bacarıqların olması;
  • Təhsil, xidmət, administrasiya və ya digər müvafiq sahələrdə idarəetmə təcrübəsi; 
  • Komanda idarəetməsi və iş bölgüsü aparmaq bacarığı; 
  • Təşkilatçılıq, operativlik və detallara diqqət; 
  • Eyni anda bir neçə prosesi idarə etmək və prioritetləşdirmək bacarığı; 
  • MS Office proqramlarında sərbəst işləmək; 
  • Analitik düşüncə və qərarvermə bacarığı;

İş şəraiti

  • İş yeri: Sumqayıt 
  • İş qrafiki: Bazar ertəsi – Şənbə, Bazar günü istirahət günü. 09.00-18.00
  • İş rejimi: Tam ştat 
  • Əmək haqqı: təcrübə və bacarıqlara əsasən

Biz təklif edirik:

  • Korporativ nömrə və telefon;
  • Notebook;
  • Müasir və peşəkar iş mühiti; 
  • Peşəkar və dinamik komandada çalışma imkanı; 
  • Təhsil sektorunda inkişaf və karyera imkanları; 

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot