Süni İntellekt (AI) mütəxəssisi/ aparıcı mütəxəssis/ baş mütəxəssis

İdeal Kredit BOKT Son tarix: 28 октября 2026 45

Vəzifə öhdəlikləri

Təsvir

  • Təşkilat daxili biznes proseslərini, mövcud rəqəmsal məhsulları və sənədləşmə/analitika/kommunikasiya axınlarını təhlil edərək avtomatlaşdırma imkanlarını müəyyənləşdirmək və optimallaşdırma həlləri təklif etmək;
  • Süni intellekt əsaslı chatbotlar, avtomatlaşdırılmış hesabatlar və daxili iş axınları (workflows) hazırlamaq;
  • Yeni AI texnologiyaları, alətləri və platformalarını araşdırmaq, test etmək və təşkilat daxilində tətbiq imkanlarını qiymətləndirmək;
  • Effektiv AI sorğuları (promptlar) və şablonlar tərtib etmək;
  • Tətbiq olunan AI modellərinin nəticələrini monitorinq etmək, dəqiqliyini və effektivliyini təhlil etmək;
  • Təşkilatın İT sistemlərinin, proqram təminatının dayanıqlı çalışmasını təmin etmək;
  • Hazırlanmış həllər üzrə daxili texniki sənədləşdirməni və hesabatlığı aparmaq;
  • Əməkdaşlara AI alətlərindən doğru və təhlükəsiz istifadə qaydalarını öyrətmək, texniki dəstək göstərmək.

Tələblər

  • İT, komputer elmləri, süni intellekt və ya əlaqəli sahədə ali təhsil;
  • İT sistem inzibatçılığı və ya texniki dəstək sahəsində minimum 1–2 il təcrübə;
  • Generative AI modelləri (ChatGPT, Claude, Gemini və s.) və avtomatlaşdırma alətləri ilə işləmək bacarığı;
  • OS (Windows/Linux), MS 365 / Google Workspace administrasiyası, baza skript/proqramlaşdırma (Python və s. üstünlükdür);
  • Məlumatların təhlili və emalı üzrə bacarıqlar;
  • Proqramlaşdırma, məlumat bazaları, süni intellekt texnologiyaları və sistemlərarası inteqrasiya üzrə biliklər;
  • Analitik təfəkkür, yeniliklərə sürətli uyğunlaşma və problemləri operativ həlletmə qabiliyyəti.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Korporativ Mühit
  • Yığım sığortasına qoşulma imkanı
Telegram kanalına qoşul
Telegram Bot