SMM (Videoqraf)

Liman hospital Son tarix: 21 мая 2026 79

Vəzifə öhdəlikləri

Müəssisəmiz SMM (Videoqraf) vəzifəsinə vakansiya elan edilir: 

  • Şirkətin sosial media platformalarında brendin tanıtımını, məhsul və xidmətlərin təqdimatını təmin etmək, izləyici kütləsini artırmaq və müştəri ilə rəqəmsal ünsiyyəti gücləndirmək.
  • Sosial media kanallarının (Instagram, Facebook, TikTok, YouTube, LinkedIn və s.) idarə olunması
  • Həftəlik və aylıq kontent planlarının hazırlanması və rəhbərliklə razılaşdırılması
  • Postlar, story, reels və reklam məzmunlarının yaradılması (mətn, vizual və video formatda)
  • Auditoriya hədəflənməsi və reklam büdcəsinin səmərəli istifadəsi
  • Sosial media performansının gündəlik və aylıq izlənməsi və hesabatların hazırlanması
  • Müəssisənin sosial şəbəkə hesabları üçün foto və video materialların çəkilişini icra etmək
  • Təqdim edilən material və kontentlər əsasənda müəssisənin marketinq strategiyasına uyğun video çəkilişlərini həyata keçirmək
  • Video materialların, reklam və sosial çarxların montaj prosesini həyata keçirmək
  • Müəssisənin təşkil etdiyi müxtəlif tədbirlərin video çəkilişlərini standartlara uyğun qayda da icra etmək
  • Müəllif hüquqlarının qorunmasına nəzarət etmək
  • İş yeri: Sumqayıt, 6-cı mkr, Liman Hospital
  • İş rejimi: 6 günlük tam iş həftəsi, 09:00-dan 18:00-dək
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək

Tələblər

  • Tibb sahəsində SMM təcrübəsi
  • Rəqəmsal marketinq alətləri üzrə bilik: Meta Business Suite, Ads Manager, SEO, SEM, Adobe Premiere Pro, Final Cut Pro və ya digər montaj proqramları
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi
  • Azərbaycan dilində sərbəst danışıq; rus dili bilikləri üstünlük sayılır
  • Marketinqin müxtəlif sahələri üzrə geniş bilik və kampaniya idarəetmə təcrübəsi, xüsusilə rəqəmsal kanallar üzrə   
  • Yaradıcı təkliflər vermək bacarığı
  • Kontent və satış yönümlü mətnlər hazırlamaq qabiliyyəti
  • Portfolio mütləqdir

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot