Sənədlərin idarə edilməsi üzrə mütəxəssis

Avant Group Son tarix: 17 февраля 2026 731

Vəzifə öhdəlikləri

  • Layihə üzrə daxil olan və göndərilən bütün rəsmi məktubların, e-maillərin və yazışmaların qeydiyyatının aparılması
  • Müqavilələr, əlavə razılaşmalar, aktlar, protokollar, texniki hesabatlar və digər layihə sənədlərinin qəbul edilməsi, nömrələnməsi, sistemləşdirilməsi və arxivləşdirilməsi
  • Texniki çertyojların və layihə sənədlərinin versiya nəzarətinin aparılması, köhnə və aktual versiyaların düzgün ayrılması
  • Sənədlərin tarix, nömrə, mövzu və cavab statusu üzrə izlənməsi və nəzarətdə saxlanılması
  • Müvafiq sənədlərin aidiyyəti üzrə layihə komandası, podratçılar, sifarişçi və digər tərəflərə vaxtında ötürülməsinin təmin edilməsi
  • Elektron və fiziki sənəd bazasının yaradılması, daimi yenilənməsi və təhlükəsizliyinin təmin edilməsi
  • Layihə üzrə aparılan yazışmaların və sənədlərin daxili prosedurlara və müqavilə şərtlərinə uyğunluğuna nəzarət
  • Audit, yoxlama və mübahisə hallarında tələb olunan sənədlərin tam və operativ şəkildə təqdim edilməsi
  • Layihə rəhbərliyini sənədlərin vəziyyəti, gecikmiş cavablar və risklər barədə vaxtında məlumatlandırmaq

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə (əmlak üzrə)  2-3  il iş təcrübəsi;
  • Türk dili və ingilis diliyi biliyi yüksək səviyyə
  • Sənədlərlə işləmə və qeydiyyat sistemləri üzrə biliklər
  • Diqqətlilik, məsuliyyətlilik və məxfilik qaydalarına əməl etmə
  • Komanda ilə koordinasiyalı və operativ işləmək bacarığı
  • AutoCad bacarıqları arzuolunandır

İş şəraiti

  • 6/1, 08:00-17:00
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı: 800-1200 AZN NET

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Sənədlərin idarəedilməsi üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot