Sənəd dövriyyəsi üzrə bölmə müdiri
Sirab Satış və Dağıtım MMC Son tarix: 27 декабря 2025
126
Vəzifə öhdəlikləri:
  • İşgüzar yazışmanın əsaslarını bilmək;
  • Sahəsinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmaq;
  • Daxil olan və göndərilən sənədlərin vaxtında qeydiyyatını və yönləndirilməsini təmin etmək;
  • Elektron sənəd dövriyyəsi sistemində sənədlərin düzgün yerləşdirilməsi və arxivləşdirilməsinə nəzarət etmək;
  • Sənəd dövriyəsi sistemləri və onlara dair müasir texnologiyalarla iş təcrübəsinə malik olmaq;
  • “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı yüksək səviyyədə bilmək;
  • Dövlət və özəl qurumlarla sənəd mübadiləsini koordinasiya etmək;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv  işləmək bacarığına malik olmaq;
  • Rəsmi sənədlərin qeydiyyat standartlarını yüksək səviyyədə bilmək;
  • İcra proseslərinin optimallaşdırılması üçün təkliflər hazırlamaq;
  • Daxil olan tapşırıqların icra vəziyyətini izləmək və vaxtında yerinə yetirilməsinə nəzarət etmək.
Tələblər:
  • Təhsil: Bakalavr dərəcəsi;
  • Kompüter bilikləri: MS Office – yüksək səviyyədə;
  • Dil bilikləri: Azərbaycan dili – səlis (yazılı və şifahi);
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;

Fərdi keyfiyyət göstəriciləri:

  • Dəqiqlik və detallara diqqətlilik;
  • Yazılı və şifahi ünsiyyətlilik;
  • Məsuliyyətlilik;
  • Operativlik;
  • Komanda ilə işləmə bacarığı;
İş şəraiti:

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Yemək şirkət tərəfindən;
  • Şirkət nömrəsi və danışıq paketi.

İş yeri:

  •  Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://googl/maps/iFLKeNz2rJoCoWDt5). 

Müraciət forması:

  • Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Sənəd dövriyyəsi üzrə bölmə müdiri” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət et