T
Satış Meneceri
Vəzifə öhdəlikləri
- Potensial müştərilərlə peşəkar ünsiyyət qurmaq, onların ehtiyaclarını müəyyənləşdirərək uyğun daşınmaz əmlak layihələrini təqdim etmək;
- Şirkətin portfelində olan layihələr (mənzillər) haqqında dolğun, dəqiq və peşəkar məlumat vermək;
- Müştərilərin suallarını operativ və əsaslandırılmış şəkildə cavablandırmaq, layihələrin üstünlüklərini effektiv təqdim etmək;
- Satış planına və müəyyən edilmiş aylıq hədəflərə nail olmaq;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişaf etdirilməsi istiqamətində aktiv fəaliyyət göstərmək;
- Satış prosesini CRM sistemində düzgün idarə etmək və müvafiq hesabatları hazırlamaq;
- Müştəri məmnuniyyətini təmin etmək, satışdan sonrakı proseslərin koordinasiyasında iştirak etmək;
- Satış nəticələrinin artırılması üçün yeni ideya və təşəbbüslərlə çıxış etmək.
Tələblər
- Satış sahəsində minimum 1-2 il iş təcrübəsi;
- Azərbaycan və Rus dilində səlis danışıq bacarığı;
- Rus dili biliyi üstünlük hesab olunur;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Güclü ünsiyyət, təqdimat və satış bacarıqları;
- Nəticəyönümlülük, məsuliyyətlilik və yüksək motivasiya;
- Komanda ilə effektiv işləmək bacarığı.
Şirkət təklif edir
- Rəqabətqabiliyyətli əmək haqqı və yüksək bonus sistemi;
- Müasir və komfortlu iş mühiti;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Davamlı təlim və inkişaf proqramlarında iştirak imkanı;
- Güclü və dinamik komandanın üzvü olmaq imkanı.
İş şəraiti
- İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Oxşar vakansiyalar