M
Satış Meneceri
Vəzifə öhdəlikləri
Komandamızı böyüdürük Satış Meneceri axtarırıq
Əgər insanlarla ünsiyyət qurmağı sevir, satış hədəflərinə çatmaqdan motivasiya alır və karyeranızı sürətlə inkişaf etdirmək istəyirsinizsə, sizi komandamızda görmək istərdik.
- Şirkətə daxil olan müraciətlərin operativ şəkildə idarə edilməsi;
- Potensial müştərilərlə telefon, WhatsApp və digər kommunikasiya kanalları vasitəsilə əlaqələrin qurulması;
- Müştəri ehtiyaclarının düzgün təhlil edilməsi və uyğun xidmətlərin peşəkar təqdimatı;
- MixPro Education çərçivəsində xaricdə təhsil xidmətləri və konsultasiya paketlərinin satışı;
- MixPro Ads çərçivəsində şirkətlərə rəqəmsal marketinq, reklam və biznes həllərinin təqdim olunması;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin inkişaf etdirilməsi;
- Satış etirazlarının effektiv şəkildə idarə olunması və satış prosesinin uğurla yekunlaşdırılması;
- Satış planlarının və aylıq hədəflərin icrası;
- Müştəri münasibətlərinin uzunmüddətli və peşəkar şəkildə idarə olunması;
- Müştəri məlumatlarının və satış nəticələrinin müvafiq sistemə düzgün daxil edilməsi;
- Rəhbərliyə satış fəaliyyəti üzrə müntəzəm hesabatların təqdim edilməsi.
Tələblər
- Satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Satış psixologiyası və danışıqlar aparmaq bacarığı;
- Satış etirazlarının idarə olunması və satışın bağlanması üzrə yüksək bacarıq;
- Güclü ünsiyyət, təqdimat və inandırma qabiliyyəti;
- Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar olmaq;
- Hədəflərlə işləməyi sevmək və yüksək performans göstərmək;
- Komanda ilə effektiv əməkdaşlıq bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (rus və ya ingilis dili üstünlükdür);
- MS Office proqramlarında işləmək bacarığı;
- Daim öyrənməyə və peşəkar inkişaf etməyə açıq olmaq.
Biz təklif edirik:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı + yüksək bonus sistemi;
- Karyera yüksəlişi və peşəkar inkişaf imkanları;
- 6 günlük iş qrafiki
- Davamlı təlim və mentorluq dəstəyi;
- Dinamik və motivasiyaedici iş mühiti;
- Böyüyən və innovativ komandanın üzvü olmaq imkanı.
İş yeri: Bakı, Əhməd Rəcəbli, Aynalı Plaza, MixPro ofisi
CV-nizi “Satış Meneceri” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və ya bu elanı uyğun namizədlərlə paylaşın.
Sənin növbəti uğurun bizim komandamızda başlaya bilər.
Oxşar vakansiyalar
Customer Service Representative
Positive Call CenterKiçik satış təmsilçisi (Premium-Lüks)
Sinteks Group of Companies
A
Müştərilərlə Əlaqələr üzrə Operator
Aral Group Baku
B
Satış Meneceri
BMNS Electric
F
Müştəri məmnuniyyəti üzrə kiçik mütəxəss...
Ferrum Capital
G
Çağrı mərkəzi operatoru
Gədəbəy Mineral Suları MMC