Referent

Omid Mağazalar şəbəkəsi Son tarix: 05 сентября 2026 86

Vəzifə öhdəlikləri

Dinamik inkişaf edən komandamıza Referent vəzifəsi üzrə məsuliyyətli, təşkilatçılıq bacarığı yüksək və operativ əməkdaş dəvət edirik.

  • Rəhbərliyə gələn qonaqların qarşılanması və aidiyyəti üzrə yönləndirilməsi;
  • Daxil olan müraciətlərin qəbul edilməsi, qeydiyyatı və koordinasiya olunması;
  • Rəhbərlik və şöbələr arasında operativ məlumat mübadiləsinin təmin edilməsi;
  • İnventarların qəbulunun və qeydiyyatının təşkili;
  • Sənədlərin hazırlanması, qeydiyyatı, arxivləşdirilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
  • Telefon zənglərinin cavablandırılması, elektron yazışmaların idarə olunması və daxil olan məlumatların operativ şəkildə aidiyyəti şəxslərə çatdırılması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Tələblər

  • Xanım namizədlər;
  • Texniki sahə üzrə ali təhsil;
  • Yüksək səviyyədə riyazi biliklərə və analitik düşünmə bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
  • MS Office proqramlarında, xüsusilə Word və Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Planlaşdırma, koordinasiya və təşkilatçılıq bacarığı;
  • Məsuliyyətli, dəqiq, operativ və yüksək ünsiyyət bacarığı.

İş şəraiti

  • Həftədə 5 iş günü (Bazar ertəsi – Cümə);
  • İş saatı: 08:00 – 17:00
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Peşəkar, dinamik və inkişafyönümlü iş mühiti;
  • Karyera yüksəlişi və peşəkar inkişaf imkanları;
  • Əmək haqqı müsahibə əsasında müəyyən edilir.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot