Azerbaijan Airlines
Son tarix: 25 декабря 2025
228
Vəzifə öhdəlikləri:
Müştəri sorğularını qəbul etmək, onları operativ şəkildə aidiyyəti bölmələrə yönləndirmək və nəticələrin vaxtında müştəriyə təqdim olunmasını təmin etmək.
Müştəri məmnuniyyətini artırmaq məqsədilə xidmət keyfiyyətinə dair geribildirimləri toplamaq, təhlil etmək və nəticələr əsasında təkmilləşdirmə təklifləri hazırlamaq.
Müştəri şikayətlərini və müraciətlərini peşəkar şəkildə araşdırmaq, yaranmış problemlərin operativ və etik qaydada həllinə dəstək vermək.
Karqo əməliyyatları və satış komandaları ilə koordinasiyalı şəkildə işləyərək müştəri istəklərinin icrasına nəzarət etmək və prosesin fasiləsizliyini təmin etmək.
Şirkətin daxili prosedurlarına və keyfiyyət standartlarına tam riayət etmək, əməliyyat fəaliyyətinin şəffaflığını qorumaq.
Tələblər:
Təhsil: Bakalavr;
Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis; Rus dili – səlis;
Sahə üzrə minimum 1 illik təcrübə;
Kompüter bilikləri: MS Office;
Danışıqların aparılması bacarığı;
Qərar vermə bacarığı;
Problemi həll etmə bacarığı;
Təqdimat bacarıqları;
Öyrənmə qabiliyyəti;
İşə uyğunlaşma qabiliyyəti;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Komandada işləmə bacarığı.
İş şəraiti:
Vakansiya növü Tam ştat
Maraqlanan şəxslər CV-lərini Müraciət Etdüyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.