Menecer

Seaport Catering Son tarix: 23 октября 2026 68

Vəzifə öhdəlikləri

SEAPORT CATERİNG MMC şirkəti müxtəlif şəhər və rayonlarda yerləşən layihələrində çalışmaq üçün məsuliyyətli, təşkilatçılıq və idarəetmə bacarığı yüksək Menecer vəzifəsinə əməkdaş axtarır.

Əsas vəzifə öhdəlikləri

  • Layihədə çalışan işçi heyətinin fəaliyyətinə nəzarət etmək və işçiləri təlimatlandırmaq;
  • İşçi heyətinin iş qrafiklərini hazırlamaq və idarə etmək;
  • Layihənin müəyyən edilmiş standart və prosedurlara uyğun idarə olunmasını təmin etmək;
  • Qida məhsullarının keyfiyyət, gigiyena və sanitariya standartlarına uyğunluğuna nəzarət etmək;
  • Məhsulların müəyyən edilmiş standartlara uyğun və düzgün formada təqdim edilməsini təmin etmək;
  • İşçi heyəti arasında daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək;
  • İnventar, ərzaq məhsulları və digər layihə ehtiyaclarının monitorinqini aparmaq;
  • Müştəri məmnuniyyətinin artırılması istiqamətində təkliflər hazırlamaq və həyata keçirmək;
  • Müştəri şikayətlərinin operativ və peşəkar şəkildə həllini təmin etmək;
  • Layihənin xidmət keyfiyyətinin və imicinin yaxşılaşdırılması üçün yeni təkliflər vermək;
  • Gündəlik əməliyyat hesabatlarını, tabelləri və anbar hesabatlarını hazırlamaq və aidiyyəti departamentlərə təqdim etmək;
  • Layihə avadanlıqlarının vəziyyətinə nəzarət etmək və texniki baxış və ya təmir tələb olunduqda aidiyyəti şöbəyə məlumat vermək;
  • Mətbəx əməkdaşlarının, o cümlədən xadimə və qabyuyan heyətin fəaliyyətinə nəzarət etmək və iş qrafiklərini təşkil etmək;
  • Gündəlik və dərin təmizlik işlərinin müəyyən edilmiş standartlara və qrafikə uyğun aparılmasına nəzarət etmək;
  • Vəzifə səlahiyyətləri çərçivəsində digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil;
  • Güclü təşkilatçılıq və idarəetmə bacarığı;
  • Komanda idarəetməsi və komandada işləmək bacarığı;
  • Yüksək ünsiyyət və kommunikasiya qabiliyyəti;
  • Analitik düşüncə və operativ qərarvermə bacarığı;
  • Məsuliyyətli, dəqiq və punktual olmaq;
  • Microsoft Office proqramları üzrə yaxşı biliklər: Word, Excel, Outlook;
  • Ofis avadanlıqları ilə işləmək bacarığı;
  • Müştəriyönümlü və işgüzar olmaq;
  • Dinamik və intensiv iş mühitində işləmək bacarığı.

Xüsusi tələb

  • Namizəd Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən layihələrdə işləməyə hazır və razı olmalıdır.
  • Layihənin yerləşdiyi əraziyə uyğun olaraq əməkdaşın müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərməsi tələb oluna bilər.

İş şəraiti

  • İş yeri: Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən layihələr;
  • Korporativ mobil nömrə və danışıq balansı ilə təminat;
  • Yemək təminatı;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik iş mühiti.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot