Marketinq üzrə mütəxəssis

Minor Business Group Son tarix: 13 августа 2026 23

Vəzifə öhdəlikləri

Öhdəliklər

  • Şirkətin ümumi marketinq strategiyasının hazırlanması və icrası;
  • Brend strategiyasının formalaşdırılması və inkişaf etdirilməsi;
  • Marketinq kampaniyalarının planlaşdırılması, koordinasiyası və nəticələrinin qiymətləndirilməsi;
  • Rəqəmsal marketinq, sosial media, PR və digər marketinq kanallarının koordinasiyası;
  • Bazarın, rəqiblərin və müştəri davranışlarının təhlili;
  • Marketinq büdcəsinin hazırlanması və idarə olunması;
  • Satış komandası ilə sıx əməkdaşlıq edərək satışların artırılmasına yönəlmiş təşəbbüslərin hazırlanması;
  • Kontent strategiyasının hazırlanması və yaradıcı komandaların işinin koordinasiyası;
  • Partnyorlarla, reklam agentlikləri və podratçılarla əməkdaşlığın idarə olunması;
  • Marketinq fəaliyyətinin effektivliyinin KPI-lar əsasında qiymətləndirilməsi və rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi.

Tələblər

  • Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq strategiyasının hazırlanması və icrası üzrə praktiki təcrübə;
  • Rəqəmsal marketinq alətləri (Meta Ads, Google Ads, YouTube və s.) ilə işləmək bacarığı;
  • Bazar araşdırması, rəqib analizi və marketinq analitikası üzrə təcrübə;
  • Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması bacarığı;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür);
  • MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək;
  • Analitik düşüncə, təşəbbüskarlıq, məsuliyyət və nəticəyönümlü iş yanaşması.
  • Reklam kampaniyaları haqqında anlayış;

İş şəraiti

  • Əməkhaqqı: Müsahibə əsasında razılaşma yolu ilə;
  • İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 – 18:00;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot