Marketinq Meneceri

Xırman Son tarix: 05 ноября 2026 19

Vəzifə öhdəlikləri

Əsas vəzifə öhdəlikləri:

  • Brendin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək;
  • Bazarın, müştəri davranışlarının və rəqiblərin araşdırılması və təhlili;
  • Məhsul və xidmətlərin bazarda mövqeləndirilməsini və inkişafını təmin etmək;
  • Brend strategiyasının hazırlanması və brendin bazardakı mövqeyinin gücləndirilməsi;
  • Brendin korporativ üslubunun və kommunikasiya standartlarının qorunmasına nəzarət etmək;
  • Reklam və marketinq kampaniyalarının planlaşdırılması, həyata keçirilməsi və nəticələrinin təhlili;
  • SMM, digital marketinq, reklam və digər kommunikasiya kanallarının idarə olunmasını koordinasiya etmək;
  • Brendin tanınması və müştəri loyallığının artırılması istiqamətində layihələr hazırlamaq;
  • Yeni məhsulların bazara çıxarılması üzrə marketinq planlarının hazırlanmasında iştirak etmək;
  • Məhsul qablaşdırılması, dizaynı, reklam materialları və digər brend kommunikasiya elementləri üzrə təkliflər hazırlamaq;
  • Marketinq büdcəsini planlaşdırmaq və xərclərin effektivliyinə nəzarət etmək;
  • Satış şöbəsi ilə əməkdaşlıq edərək satışların artırılmasına yönəlmiş kampaniyalar hazırlamaq;
  • Marketinq fəaliyyətlərinin effektivliyini KPI-lar əsasında qiymətləndirmək və hesabatlar hazırlamaq;
  • Reklam agentlikləri, dizayn və digər xarici tərəfdaşlarla əməkdaşlığı koordinasiya etmək;
  • Brend və məhsullarla bağlı müştəri rəylərini və bazar reaksiyalarını analiz etmək;
  • Rəhbərliyə marketinq və brend inkişafı üzrə təkliflər təqdim etmək.

Tələblər

  • Marketinq, menecment, biznes və ya müvafiq sahə üzrə ali təhsil;
  • Marketinq və/və ya brend menecer sahəsində iş təcrübəsi;
  • FMCG sahəsində təcrübənin olması mütləqdir;
  • Azərbaycan və Rus dillərində səlis, ingilis dilində isə yaxşı səviyyədə danışıq və yazılı ünsiyyət bacarığı.
  • Bazar və rəqib analizi bacarığı;
  • Marketinq və reklam kampaniyalarının hazırlanması üzrə praktiki təcrübə;
  • Digital marketinq və sosial media alətləri haqqında məlumatlılıq;
  • Analitik düşüncə və nəticəyönümlülük;
  • Yüksək kommunikasiya və təqdimat bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də işləmək bacarığı;
  • Xanım namizəd;
  • Komanda ilə işləmək və layihələri koordinasiya etmək bacarığı.

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı müsahibe əsasında
  • *Korporativ telefon nömrəsi və danışıq paketi.
  • İş yeri: Binəqədi yolu 100

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot