Marketing Mütəxəssisi

Padel Club MMC Son tarix: 07 февраля 2026 360

Vəzifə öhdəlikləri

  • Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi;
  • Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
  • SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
  • Performansa əsaslanan KPI-lərin müəyyənləşdirilməsi və izlənilməsi;
  • Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi;
  • Web analitikası alətləri (Google Analytics, Hotjar, Yandex.Metrika və s.) vasitəsilə nəticələrin təhlili;
  • Satış komandası ilə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
  • Müştəri seqmentlərinin müəyyən edilməsi və CRM sistemləri vasitəsilə müştəri bazasının inkişaf etdirilməsi;
  • Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması;
  • Komandanın idarə olunması, motivasiyası və inkişaf planlarının hazırlanması;
  • PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
  • Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığın idarə edilməsi;
  • Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlili.

Tələblər

Kvalifikasiya tələbləri:

  • Təhsil: Ali təhsil (Müvafiq sahə üzrə təhsil)

İş təcrübəsi:

  • 3 il Marketinq sahəsində iş təcrübəsi,
  • 3 il marketinq meneceri olaraq iş təcrübəsi; 

Tələb olunan bilik və bacarıqlar:

  • Rəqəmsal marketinq kanallarının idarə olunması (SEO, SEM, SMM, E-mail marketing və s.);
  • Google Ads, Meta Ads, Tiktok Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı;
  • SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;
  • Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər;
  • Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı;
  • Stratejik düşünmə və analitika bacarığı;
  • Layihələrin idarə edilməsi bacarığı;
  • Komandada iş və qarşılıqlı əməkdaşlıq bacarığı;
  • Effektiv kommunikasiya bacarığı;
  • Problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;
  • Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;
  • Azərbaycan ,ingilis və rus dillərinin səlis yazılı və şifahi nitq bilməlidir 

İş şəraiti

  • Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq, işə qəbul 
  • İş rejimi: Həftənin 5 günü 
  • Korporativ nömrə
  • İş saatı: 09:00-dan - 18:00-dək
  • Əmək haqqı – razılaşma yolu ilə

Tələblərə cavab verən namizədlər “Marketing Mütəxəssisi” başlığı ilə öz CV və portfellərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot