S
Mağaza Meneceri
Vəzifə öhdəlikləri
- Mağazada Supertoys standartlarının və rəhbərliyin tapşırıqlarının icrasını təmin etmək
- Mağazanın gündəlik açılıb-bağlanması, təmizlik və işə hazırlığa nəzarət etmək
- Merçendayzinq, texniki proseslər və sistemlərin fasiləsiz işini təşkil etmək
- Komandanı idarə etmək, motivasiya vermək və gündəlik tapşırıqları bölüşdürmək
- Satış hədəflərinin icrasını təmin etmək və kampaniyaların icrasına nəzarət etmək
- Müştəri məmnuniyyətini təmin etmək, VIP və xüsusi müştərilərə yüksək səviyyədə xidmət göstərmək
- Anbar, kassa və stok idarəsini təşkil etmək
- Satışın artırılması üçün təkliflər hazırlamaq, performans və hesabatlar təqdim etmək
- Təhlükəsizlik, əməyin mühafizəsi və sanitar qaydalara əməl olunmasına nəzarət etmək
Tələblər
- Ali təhsil (idarəetmə və ya satış sahəsində üstünlük verilir)
- Minimum 2 il pərakəndə satış sahəsində idarəetmə təcrübəsi
- Komanda idarəetmə bacarığı və liderlik keyfiyyətləri
- Güclü ünsiyyət və problem həll etmə bacarığı
- Stresə davamlılıq, təşəbbüskarlıq və inkişaf yönümlülük
- Analitik düşünmə, satış göstəricilərini və performansı təhlil etmə bacarığı
- MS Office və satış proqramları ilə işləmə bacarığı
Biz təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi
- Peşəkar inkişaf
- Dinamik və dostyana iş mühiti
Əmək haqqı 1200-1500azn (1000 Azn + bonus)
CV-lərinizi “Mağaza Meneceri ” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz
İş şəraiti
Oxşar vakansiyalar