Korporativ Satış Meneceri

See Home Son tarix: 16 мая 2026 51

Vəzifə öhdəlikləri

Biz — hər gün böyüyən və inkişaf edən dinamik komandayıq. Passiv gözləməyi sevməyən, aktiv, enerjili və real inkişaf imkanları axtaran satış meneceri axtarırıq. Əgər yeni biliklər, canlı iş mühiti və motivasiya səni cəlb edirsə — doğru yerdəsən!

  • Satış platformalarında məhsulların satışını həyata keçirmək 
  • Korporativ görüşlərin təşkili və idarə olunması 
  • Şirkətlərarası (B2B) görüşlərdə iştirak etmək 
  • Müştərilər üçün təqdimatlar və satış yönümlü sunumlar hazırlamaq 
  • Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişafı 

Tələblər

  • Aktiv, ünsiyyətcil və nəticəyönümlü olmaq 
  • Satış sahəsinə maraq və inkişaf istəyi 
  • Təqdimat və danışıqlar aparmaq bacarığı 
  • Komandada işləmək və məsuliyyətli yanaşma 

İş şəraiti

  • Gənc, motivasiyalı və peşəkar komanda 
  • Məhsullar, satış texnikaları və danışıqlar üzrə təlimlər 
  • Dəyişkən iş qrafiki — ofisdə minimum vaxt, sahədə maksimum aktivlik 
  • Sabit əmək haqqı + satışdan bonus/faiz 
  • Sürətlə inkişaf edən şirkətdə real karyera yüksəlişi imkanları 

İş şərtləri:

  • İş vaxtı: həftədə 6 gün 
  • Bazar ertəsi – Cümə: 10:00 – 19:00 
  • Şənbə: 09:00 – 13:00 
  • İstirahət günü: Bazar 
  • Nahar fasiləsi: 13:00 – 14:00 

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot