Koordinator

Apar (Bike-Sharing Startup) Son tarix: 12 июня 2026 62

Vəzifə öhdəlikləri

Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.

İş barədə məlumat: 

  • Velosiped üzrə ərazi kollektorlarının (operatorların) işinin düzgün təşkili və koordinasiyası
  • Operator komandası üçün günlük tapşırıqların bölüşdürülməsi və icrasına nəzarət
  • Velosipedlərin şəhər dayanacaqlarında düzgün sayda yerləşdirilməsinin təşkili və gün ərzində nəzarətdə saxlanılması
  • Velosipedlərin gündəlik texniki baxışının təmin olunması və texniki nasazlıqların vaxtında yönləndirilməsi
  • Günlük əməliyyat proseslərinin izlənilməsi və hesabatların hazırlanması
  • Müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət keyfiyyətinə nəzarət
  • Yeni iş proseslərinin hazırlanması və mövcud proseslərin təkmilləşdirilməsi
  • Komanda intizamının və iş keyfiyyətinin qorunmasına nəzarət

Tələblər

  • Təşkilatçılıq və idarəetmə bacarıqları
  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • Operativ qərarvermə və dinamik iş mühitində çalışma bacarığı
  • Yüksək səviyyədə şəxsi məsuliyyət və komanda ilə işləmə bacarığı
  • İş yükünü effektiv idarə etmə bacarığı
  • MS Excel və kompüter bilikləri üstünlükdür
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, rus dili biliyi üstünlükdür
  • Logistika, əməliyyat və ya koordinasiya sahəsində təcrübə üstünlükdür
  • Şəhəri yaxşı tanımaq üstünlükdür

İş şəraiti

  • İş vaxtı: Gecə növbəsi, növbəli  iş rejimi – 2 gün iş, 2 gün istirahət, 21.00-09.00
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək 

Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin  innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Koordinator” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik CV-siz müraciətlərə baxılmayacaq

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot