Keyfiyyətə nəzarət və koordinasiya üzrə mütəxəssis

Azerbaijan Airlines Son tarix: 03 мая 2026 27

Vəzifə öhdəlikləri

Təsvir:

  • Əlaqə mərkəzi üzrə xidmət keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi prosesində iştirak etmək;
  • Müştərilərlə aparılan telefon danışıqları və digər kommunikasiya kanallarının keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq;
  • Müəyyən edilmiş keyfiyyət meyarları əsasında qiymətləndirmə aparmaq və nəticələri sənədləşdirmək;
  • Xidmət keyfiyyətinin artırılması məqsədilə aşkar edilmiş çatışmazlıqlar üzrə təkliflər hazırlamaq;
  • Müvafiq struktur bölmələri ilə koordinasiya aparmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına dəstək vermək;
  • Keyfiyyət monitorinqinin nəticələri üzrə hesabatların hazırlanmasında iştirak etmək.

Tələblər

  • Bakalavr təhsili;
  • Minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dili – əla səviyyədə;
  • İngilis dili – yaxşı səviyyədə;
  • Rus dili – yaxşı səviyyədə;
  • MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Danışıqların aparılması bacarığı;
  • Problem həll etmə bacarıqları;
  • Öyrənmə qabiliyyəti və dəyişikliklərə uyğunlaşma bacarığı;
  • Komandada işləmək bacarığı.

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00.

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Vakansiya haqqında:

  • Vakansiya növü Tam ştat

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot