İnsan Resursları üzrə Mütəxəssis (Ağdərə)

AIMC (Azerbaijan International Mining Company) Son tarix: 19 июля 2026 33

Vəzifə öhdəlikləri

Əsas vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi iş qovluqlarının yaradılması, sənədlərin sistemləşdirilməsi və müvafiq qeydiyyat prosesinin aparılması;
  • ƏMAS sistemi üzərindən əmək müqavilələrinin rəsmiləşdirilməsi, dəyişikliklərin işlənməsi və xitam prosedurlarının həyata keçirilməsi;
  • 1C proqramı üzərindən kadr əməliyyatlarının və əmrlərinin düzgün şəkildə qeydiyyata alınması və idarə edilməsi;
  • İş vaxtının uçotu üzrə aylıq davamiyyət cədvəllərinin hazırlanması və təsdiqə təqdim edilməsi;
  • Məzuniyyət qrafikinin hazırlanması, əmək məzuniyyətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsi;
  • Əmək qanunvericiliyinə uyğun olaraq kadr əmrlərinin hazırlanması və icrasının təmin edilməsi;
  • Əməkhaqqı kartları üzrə sifarişlərin təşkili və aidiyyəti məlumatların mühasibatlıq şöbəsinə təqdim edilməsi;
  • Dövlət qurumlarından daxil olan müraciət və sorğuların araşdırılması, müvafiq cavabların hazırlanması;
  • Vəzifə təlimatlarının hazırlanması, yenilənməsi və aidiyyəti şöbələrlə koordinasiyasının təmin edilməsi;
  • İnsan resursları üzrə dövri hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Müəssisədaxili sənədlərin, prosedurların və qaydaların qüvvədə olan əmək qanunvericiliyinə uyğun hazırlanması və yenilənməsi;
  • Namizədlərin ilkin qiymətləndirilməsi, müsahibələrin təşkili və işə qəbul proseslərinin koordinasiya edilməsi;
  • Şirkətə məxsus maliyyə, kommersiya və digər daxili məlumatların məxfiliyinin qorunması.

Tələblər

  • İnsan Resurslarının İdarə Edilməsi, Hüquq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
  • Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər;
  • ƏMAS sistemi ilə işləmək bacarığı;
  • 1C proqramı üzrə praktiki iş təcrübəsi;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında işləmək bacarığı;
  • Namizədilərin Bərdə, Ağdam, Tərtər və Ağdərə və yaxın bölgələrdən olması arzuolunandır;
  • Məcburi köçkünlərə üstünlük veriləcəkdir;
  • İngilis dili biliyi orta səviyyə.

Biz nə təklif edirik?

  • Rəqabətli əməkhaqqı;
  • Ağdərə ərazisində çalışan əməkdaşlar üçün yaşayış yerinin təmin edilməsi;
  • Yemək xərclərinin qarşılanması;
  • Tibbi sığorta;
  • Korporativ iş mühiti və karyera inkişaf perspektivləri.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot