İnsan Resursları üzrə mütəxəssis

CoffeeLea Son tarix: 24 декабря 2026 87

Vəzifə öhdəlikləri

Sürətlə böyüyən CoffeeLea qəhvə evləri şəbəkəsi komandasına peşəkar və dinamik İnsan Resursları üzrə mütəxəssis axtarır.

İş şəraiti və təminatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir
  • Şəhər - Bakı
  • Kargüzarlıq və ƏMAS əməliyyatları:Əmək müqavilələrinin bağlanması, dəyişiklik edilməsi və xitam verilməsi ilə bağlı bildirişlərin ƏMAS sisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icrası.
  • Şəxsi işlərin idarə edilməsi: İşçilərin şəxsi işlərinin formalaşdırılması, dəyişikliklərin mütəmadi qeydiyyatı və məlumat bazasının yenilənməsi.
  • İşə qəbul: Yeni kadrların aktiv şəkildə axtarılması, uyğun namizədlərin vakansiyalar üzrə cəlb edilməsi, müsahibə və görüşlərin təşkili.
  • Uçot və monitorinq: Məzuniyyət təqviminin hazırlanması və monitorinqi, əməkhaqqı sənədlərinin (tabel, məzuniyyət cədvəlləri və s.) tərtibi.
  • Daxili nəzarət: İşçilərin giriş-çıxışına xüsusi proqram vasitəsilə nəzarət edilməsi və uyğunsuzluqların birbaşa rəhbərliyə bildirilməsi.
  • Hesabatlılıq: Fəaliyyətlə bağlı hesabatların HR direktora təqdim edilməsi və qanunvericiliyin tələblərinə uyğun digər sənədlərin hazırlanması.

Tələblər

  • Təhsil: Ali təhsil
  • Təcrübə: İR və kadr əməliyyatları sahəsində ən azı 2 il iş təcrübəsi
  • Qanunvericilik: Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilmək
  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
  • Rus dili biliyi mütləqdir
  • Şəxsi keyfiyyətlər: Punktual, məsuliyyətli, vaxtın idarə edilməsi, təşkilatçılıq, aktiv dinləmə və problemləri həlletmə bacarıqları.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot