A
İnsan Resursları üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri
- Dövlət qurumları (DMA, DSMF, ƏMAS və s.) ilə qarşılıqlı əməkdaşlığın təşkili, tələb olunan hesabatların vaxtında və düzgün təqdim olunması;
- İşçilərin əmək müqavilələrinin hazırlanması, sistemə daxil edilməsi, dəyişiklik və xitam proseslərinin mövcud qanunvericiliyə uyğun şəkildə icrası;
- Struktur və vəzifə dəyişiklikləri, rotasiya və vəzifə artımı ilə bağlı HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdim edilməsi;
- İşçilərin şəxsi iş qovluqlarının (Personal File) formalaşdırılması, arxivləşdirilməsi və mütəmadi yenilənməsi;
- HR məlumat bazasının yaradılması, məlumatların aktuallığının qorunması və dəyişikliklərin vaxtında sistemə daxil edilməsi;
- Gündəlik və aylıq davamiyyətə nəzarət (gecikmə, işə gəlməmə, məzuniyyət, ezamiyyət və s.), müvafiq əmrlərin hazırlanması və hesabatların rəhbərliyə təqdim edilməsi;
- Məzuniyyət qrafiklərinin tərtibi, yenilənməsi və məzuniyyətlərin faktiki istifadəsinə nəzarət;
- Rəhbərlik tərəfindən verilən digər insan resursları üzrə tapşırıqların icrası;
- 1C proqramı ilə işləmə və məlumatların sistemdə düzgün qeydiyyatını aparmaq bacarığı;
Tələblər
- Ali təhsil (İnsan Resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi);
- İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə dərin biliklər;
- Elektron hökumət portalları (ƏMAS, DMA, e-gov və s.) ilə işləmə bacarığı;
- Sənədləşdirmə və hesablamalarda yüksək dəqiqlik, məsuliyyət və analitik düşünmə qabiliyyəti;
- Azərbaycan və rus dillərini sərbəst bilmək mütləqdir;
İş şəraiti
- İş qrafiki: 09:00 – 18:00;
- İş günləri: 5 günlük iş həftəsi;
- İş yeri: Babək plaza;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı təyin ediləcək.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar